
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına qəbul
26 May 2017
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına 2017/2018-ci tədris ili üçün aşağıdakı ixtisaslaşmalar üzrə qəbul elan edilmişdir:
"İntellektual sistemlər” ixtisaslaşması üzrə – 1 yer
"İnformasiya sistemləri” ixtisaslaşması üzrə – 1 yer
"Kompüterli modelləşdirmə” ixtisaslaşması üzrə – 1 yer
"İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə – 1 yer
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistraturasına qəbul olunmaq istəyənlər arasında müsahibə keçiriləcəkdir. Magistraturaya qəbul olunanların İnstitutda işlə təmin edilərək elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaları və magistraturanı müvəffəqiyyətlə bitirdikdən sonra İnstitutun doktoranturasına qəbul olunmaları nəzərdə tutulur.
Müsahibə komissiyasının iş vaxtı:
13-14 iyun 2017-ci il tarixlərində hər gün saat 10:00-dan 17:00-dək.
Ünvan: Bəxtiyar Vahabzadə küçəsi 9. 1-ci mərtəbə, 107 №-li otaq.
Əlaqə nömrələri:
539-28-26 (Təhsil şöbəsi); 539-39-43 (elmi katib).
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


