AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AzScienceNet-in Data Mərkəzində seysmoakustik siqnalların saxlanması məsələləri müzakirə olundu

06.10.2017 / Xəbərlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru Qəmbər Quluyev, institutun aparıcı elmi işçisi, texnika elmləri doktoru Fəhrad Paşayev ilə görüş keçirildi. Məqsəd Anomal Seysmik Proseslərin monitorinqi üçün "Robust Noise Monitoring” (RNM ASP) stansiyalar şəbəkəsində meydana çıxan Seysmoakustik Siqnallar və onların RNM texnologiyaları vasitəsilə işlənməsindən alınan xarakteristikaların AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanması məsələlərinin müzakirəsi idi.
Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev, o cümlədən AzScienceNet şəbəkəsinin Data Mərkəzinin əməkdaşları iştirak edirdilər.

Öncə çıxış edən R.Ələkbərov Data Mərkəzin fəaliyyəti və təklif etdiyi xidmətlər barədə ətraflı məlumat verdi. Burada istifadəçilərə hesablama işlərini həyata keçirən virtual maşınlar və böyük həcmli yaddaş resurslarının təklif olunduğunu bildirən alim artıq AMEA-nın bir neçə elmi müəssisəsinin Data Mərkəzin xidmətlərindən istifadə etdiyini diqqətə çatdırdı.  
Sonra Q.Quluyev çıxış edərək AMEA İdarəetmə Sistemləri İnstitutunda fəaliyyət göstərən RNM ASP stansiyalar şəbəkəsinin anomal seysmik proseslərin monitorinqi üçün böyük əhəmiyyət kəsb etdiyini, bu işlərin geniş miqyasda tətbiq edilməsi üçün innovativ texnologiyalardan istifadənin vacib məsələlərdən olduğunu qeyd etdi. Şəbəkənin ölkənin müxtəlif regionlarında 10-dan çox stansiyasının fəaliyyət göstərdiyini bildirən Q.Quluyev bu stansiyalardan daxil olan böyük həcmli informasiyanın saxlanması zərurətinin yarandığını nəzərə çatdırdı. Q.Quluyev qeyd olunan informasiyanın AzScienceNet-in Data Mərkəzində yerləşdirilməsinin bu problemlərin aradan qaldırılmasına imkan yaradacağına əminliyini ifadə etdi.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi