
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
20 Sentyabr 2024
20 sentyabr 2024-cü il tarixində saat 15:00-da AR ETN İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək. İclas institutun Akt zalında baş tutacaq.
Məruzəçi: Maks Plank Proqram Sistemləri İnstitutunun əməkdaşı, PhD Toğrul Kərimov.
Mövzu: “Diskret xətti dinamik sistemlərdə nailolma məsələsinə dair”.
Xülasə: Nailolma məsələsinin mahiyyəti, nöqtənin verilmiş başlanğıc vəziyyətdən baxılan dinamik sistemlə təsvir olunan trayektoriya üzrə hərəkət edərək verilmiş hədəf çoxluğa çatıb-çatmayacağının tədqiqindən ibarətdir. Bu tip məsələlər diferensial tənliklərlə idarə olunan sistemlərin sınaqdan keçirilməsi zamanı meydana çıxır.
Məruzə həm diskret, həm də kəsilməz xətti dinamik sistemlər üçün nailolma məsələsinə həsr olunmuşdur. Məlumdur ki, idarəetmə olmadıqda nailolma məsələsi xətti rekurent ardıcıllıqlar üçün məşhur açıq Skolem probleminə gəlir. Məruzədə nailolma məsələsi ilə ədədlər nəzəriyyəsi arasındakı əlaqələr haqqında son nəticələr, o cümlədən Diofant yaxınlaşmaları müzakirə olunacaq.
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


