
«Ağıllı Mühit və Yaşıl Texnologiyalar -ICSEGT 2026» adlı 3-cü Beynəlxalq Konfrans keçiriləcək
06 Aprel 2026
2–3 iyun 2026-cı il tarixlərində Bakı şəhərində, The Ritz-Carlton Baku otelində “Ağıllı Mühit və Yaşıl Texnologiyalar – ICSEGT 2026” adlı 3-cü Beynəlxalq Konfrans keçiriləcək.
Konfransın əsas məqsədi
ICSEGT2026 konfransının əsas məqsədi tədqiqatçıları, akademikləri və sənaye nümayəndələrini bir araya gətirərək onların orijinal və əvvəllər dərc olunmamış elmi nəticələrini təqdim etməsi üçün beynəlxalq elmi platforma yaratmaqdır.
Konfrans çərçivəsində təqdim olunan və rəy prosesindən uğurla keçən məqalələrin Springer nəşriyyatının “LN Networks and Systems” kitab seriyasında dərc olunması nəzərdə tutulur. Bu nəşr Scopus və digər nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşir.
Tədqiqatçılar və mütəxəssislər orijinal elmi məqalələrlə iştirak etməyə dəvət olunur.
Son müraciət tarixi: 30 aprel 2026
Əlaqə: [email protected]
-
08.04.2026
23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək -
08.04.2026
Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq -
07.04.2026
9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək -
06.04.2026
Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək


