Anadan olduğu yer | Azərbaycan Respublikası, Qusar rayonu | |
Təvəllüdü | 23.12.1950 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Bakı Dövlət Universiteti | |
Elmi dərəcəsi | r.e.d. | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu: - ixtisas şifri və adı - mövzunun adı | 01.01.07 – Hesablama riyaziyyatı Bəzi riyazi proqramlaşdırma üsullarının işlənməsi və tətbiqi | |
Doktorluq dissertasiyasının mövzusu: - ixtisas şifri və adı - mövzunun adı | 05.13.16 – Elmi tədqiqatlarda hesablama texnikasının, riyazi modelləşdirmənin və riyazi üsulların tətbiqi Şəbəkə strukturlu optimal idarəetmə məsələlərinin konstruktiv həll üsullarının tətbiqi və onların tətbiqi | |
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı | 2014 İnformatika | |
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı | - | |
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: | 585 | |
- Xaricdə çıxmış elmi əsərlərinin sayı | 420 | |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 125 | |
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
Kadr hazırlığı: - fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı | - 20 - 4 | |
Əsas elmi nailiyyətləri | 1976-1980-ci illərdə onun tərəfindən işlənilmiş mürəkkəb texniki və texnoloji obyektlərin optimallaşdırılması, modelləşdirilməsi və tədqiqinə dekompozisiya yanaşması elm və texnikanın müxtəlif sahələrində real məsələlərin həlli üçün istifadə olunmuş və bu yanaşma intellektual proqram paket və sistemləri səviyyəsinə çatdırılmışdır. Ayda-zadə K.R. dekompozisiya üsulunu inkişaf etdirərək şəbəkə quruluşuna malik qeyri-xətti optimallaşdırma məsələlərini tədqiq etmək üçün fundamental nəzəriyyə və üsullar yaratmışdır. Bu məsələlər böyük ölçüyə malik olması, zəif və ən mühümi məhdudiyyətlərin yakobianının ixtiyari şəkildə doldurulması ilə xarakterizə olunurlar. Göstərilən xüsusiyyətlər həmin məsələləri C.Dansiq, F.Vulf, E.Q.Qolşteyn, A.A.Pervozvanski, N.Z.Şor və başqaları tərəfindən tədqiq olunmuş böyük ölçülü məsələlər sinfindən fərqləndirir. Onun tərəfindən toplanmış və paylanmış parametrli sistemlərdə çoxlu texnoloji proseslər və texniki obyektlərin (xüsusi halda neftqazçıxarma, xammalın boru-nəqli və s.) idarəetməsi üçün nəzərdə tutulan zona idarəedici təsirlərin sintezinin yeni qoyuluşu və yanaşması təklif olunmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan dili üçün: çap əlyazma, əlyazma mətnlərinin və nitqin tanınması; nitqin sintezi; mətnin və nitqin anlaması intellektual kompüter sistemləri yaradılıb və bu sistemlərində onun tərəfindən dekompozisiya, modelləşdirmə, optimallaşdırma və qeyri səlis nəzəriyyələrinin əsasında hazırlanmış riyazi aparatından istifadə olunub. Onun tərəfindən qraflar nəzəriyyəsindən istifadə edən riyazi modelə, şəbəkə quruluşuna malik bir sıra vacib praktiki məsələlər həll edilmişdir. Toplanmış və paylanmış parametrli obyektlərin idarəetmə məsələləri, mürəkkəb dairəvi quruluşlu neftqaznəqliyyat boru şəbəkələrində rejim, hesablama və optimallaşdırma məsələləri bu sıradandır. 1978-1988-ci illərdə K.R.Ayda-zadənin elmi nəticələrinin tətbiqinin vacib obyektlərindən biri «Enerji» EİB (S.P. Korolyov adına KB ) olmuşdur. Bu obyekt üçün onun iştirakı ilə müxtəlif texniki problemlər üçün optimallaşdırma və hesablama üsulları, alqoritmlər və proqram təminatı işlənmişdir. Xüsusi olaraq, «Soyuz-Apollon» birləşdirmə qovşağının kinematik və dinamik analizi, uçma aparatının trayektoriyasının optimallaşdırılması, aparatda həyat təminedici sistemin hesabatı aparılmışdır. K.R.Ayda-zadə 1981-ci ildən vacib xalq təsərrüfatı işləmələrinin - dünyada ən böyük Urenqoy və Yamburq qazkondensat yataqlarının, «Azərqaznəqliyyat» İB operativ dispetçer idarəetmə sistemlərinin elmi rəhbəridir. Boru nəql şəbəkələrində tədqiq olunmuş idarəetmə problemləri uyğun informasiya idarəetmə sistemlərinin riyazi və proqram təminatının tərkib hissəsidir. 1988-ci ildə SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən elan edilmiş Rusiya və Ukraynanın aparıcı elmi mərkəzlərinin iştirak etdikləri müsabiqədə K.R.Ayda-zadənin rəhbərliyi altında işlənmiş Yamburq mədənlərinin idarəetmə sistemi birinçi yeri tutmuş və istismara buraxılmışdır. «Yamburqqazçıxarma» İB üçün modernizasiya, inkişaf, yeni informasiya texnologiyasına və müasir kompüter vasitələrinə keçid, lokal və qlobal hesablama və korporativ şəbəkələrin tətbiqi üzrə işlər 1998-cı ilə qədər davam etdirilmişdir. İnformatlaşdırma üzrə işlər onun rəhbərliyi altında Respublikamızda Azərbaycan dəmir yolunda, «Azal» birliyində, keçmiş Dövlət Əmlak Komitəsində və s. müəssisələrdə aparılmışdır. O, Milli Məclisə seçkilərdə "Seçkilər" kompüter sisteminin pilot variantının işlənib hazırlanmasında və sistemin TŞVR-nin beynəlxalq proqramı çərçivəsi tərkibində inkişaf konsepsiyasının yaradılmasında məsul icraçı kimi fəal iştirak etmişdir. 1993-cü ildən onun tərəfindən alınan çoxlu elmi nəticələr Respublika Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatına mühüm nəticələr kimi daxil edilmişdir. K.R.Ayda-zadə ES EHM istifadəçilərinin Ümumittifaq Assosiasiyası çərçivəsində Zaqafqaziya Assosiasiyasının təşkilində iştirak etmiş, 1976-1985-ci illərdə Zaqafqaziya Assosiasiyasının Prezidentinin müavini olmuş, 80-ci illərdə Respublikada informatikanın inkişafına müəyyən dərəçədə təsir göstərmişdir. | |
Əsas elmi əsərlərinin adları | (* - ilə Science Citation Index və ya SCI Expanded olduğu işarə olunub)
| |
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | 1. Avropa Birliyinin xətləri ilə beynəlxalq elmi proqramların ekspertidir. 2. 1993-cü ildən 2001-ci ilə kimi "İnformatika” ixtisası üzrə Respublika AAK-nın ekspert şurasının üzvü olmuşdur. 3. 2001-2008-ci illərdə Kibernetika Kibernetika institutunun nəzdində fəaliyyət göstərən D 01.121 dissertasiya şurasının üzvü olmuşdur. 4. Türkiyədə nəşr olunan "Ege university journal of the faculty of science” jurnalının redaktor heyətinin üzvü, "İnternational Journal of Computational İntellegence” Beynəlxalq jurnalının isə baş redaktorunun müavinlərindən biridir, "AMEA-nın Xəbərləri, fizika–riyaziyyat elmləri seriyası” və "Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvüdir. | |
Pedaqoji fəaliyyəti | 1. BDU-da tətbiqi riyaziyyat fakültəsində 1975-dən 2. ADNA-da tətbiqi riyaziyyat kafedrasında 1999-dan-2015-ci ilədək | |
Digər fəaliyyəti | 1. 1984-cü ildə Vavilov adına SSRİ Cihaz Sənayesi Nazirliyinin elmi-texniki cəmiyyətinin elan etdiyi "Qazçıxaran müəssisələrdə daxili mədən boru nəqlinin idarəetməsi üçün kompleks məsələləri” işinə görə İkinci mükafat (№129, 07 dekabr 1984-cü il); 2. 1986-cı ildə Vavilov adına SSRİ Cihaz Sənayesi Nazirliyinin elmi-texniki cəmiyyətinin elan etdiyi müsabiqədə " Urenqoy mədəninin avtomatlaşdırılmış idarəetmə sistemi” işinə görə Birinci mükafat (№131, 18 dekabr 1986-cı il); 3. 1988-ci ildə Yamburqqazçıxarma İB elan etdiyi müsabiqədə "Yamburq mədəninin dispetçer idarəetmə sistemi” işinin yerinə yetirilməsinə görə birinci yer; 4. 2000-ci ildə "Seçkilər" kompüter sisteminin konsepsiyasının və onun pilot variantının işlənib hazırlanmasına görə UNDP qrantı; 5. 2005-ci ildə ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun (CRDF) "Azərbaycan dilində çap və əlyazma formalarının tanınma sistemi” layihə görə qrant (Project № BBP-03); 6. 2005-ci ildə ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun (CRDF) "Yeraltı hidrodinamika məsələlərində optimal idarəetmə və identifikasiya məsələlərinin həlli üçün riyazi və proqram təminatının yaradılması” layihəsinə görə qrant (Project № BBP-06); 7. 2006-cı ildə Avropa Şurasının İNTAS proqramı çərçivəsində «Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi» layihəsinə görə qrant (Project № 06-1000017-8909); 8. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Mürəkkəb sistemlərin riyazi modelləşdirilməsi, optimallaşdırılması məsələlərinin ədədi həll üsullarının, proqram təminatının işlənməsi və tətbiqi” layihəsinə görə qrant (Qrant № EIF-2010-1(1)-40/11-1); 9. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Azərbaycan dilində çap və əlyazma mətnlərinin tanınması və səsləndirilməsi üçün proqram-aparat kompleksi” layihəsinə görə qrant (Qrant № EIF-2010-1(1)-40/13-1); 10. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "İnsan-kompüter obyekt yönümlü dialoqu təmin edən Azərbaycan nitqini və mətnini tanıma və anlama intellektual sisteminin işlənməsi” layihəsinə görə qrant (Qrant № EIF-2010-1(1)-40/12-1). | |
Təltif və mükafatları | 1985-ci ildə yüksək elmi nəaliyyətlərinə görə və 1988-ci ildə "Urenqoyqazçıxarma” və "Yamburqqazçıxarma” İstehsal Birlikləri üçün mədənlərinin operativ idarəetmə sistemlərinin birinci növbəsininin işlərini müvəffəqiyyətlə yerinə yetirdiyinə görə 1988-ci ildə SSRİ Cihazqayırma Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. 2001-ci ildə Elmi fəaliyyətindəki nailiyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2007-ci, 2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə keçirilən ən yaxşı "İKT üzrə məqalə” müsabiqələrinin qalibi kimi diplomlarla və qiymətli hədiyyələrlə təltif olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Respublikanın Əməkdar Müəllimi adına layiq görülmüşdür. 2020-ci ildə Azərbaycanda informatika və optimallaşdırmasahəsində xidmətlərini nəzərə alaraq və 70 illik yubileyi ilə əlaqədar AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur. | |
İş yeri və ünvanı | İdarəetmə Sistemləri İnstitutu AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 68 | |
Vəzifəsi | Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının müdiri | |
Xidməti telefon | (+994 12) 539 92 31 | |
Mobil telefon | (+994 50) 389 58 34 | |
Faks | ||
Elektron poçt | [email protected] | |
Veb sayt |
-
06.12.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
02.12.2024
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin dekabr ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək -
29.11.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək -
28.11.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək