AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Slovakiyada Beynəlxalq konfransda iştirak etmişdir

31.08.2017 / Xəbərlər

24-28 iyul 2017-ci il tarixlərində Slovakiyanın Bratislava şəhərində Slovak Texnologiya Universitetində "Diferensial tənliklər” üzrə ənənəvi EquaDiff 2017 Beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçiləri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən İbayev iştirak edib.

Konfransa dünyanın 36-dan çox ölkəsindən 400-dən çox nüfuzlu alim qatılmışdır. Konfransın proqramına 15 plenar məruzə, 29 minisimpozium çərçivəsində dəvətli məruzələr və əlavə olaraq təqdim edilmiş məruzələr daxil edilmişdir. EquaDiff 1962-ci ildən başlayaraq diferensial tənliklərin riyazi analizi, ədədi aproksimasiyası və tətbiqləri üzrə iki ildən bir dəfə keçirilən konfranslar seriyasıdır. Bu konfrans növbə ilə Çex Respublikası, Slovakiya, Qərbi Avropada keçirilir. Son onilliklərdə EquaDiff konfransı diferensial tənliklərin fundamental konsepsiyadan tətbiqə qədər bütün riyazi və ədədi aspektləri üzrə ideyaların beynəlxalq mübadiləsi üçün platformaya çevrilmişdir.

Rəhimov A. prof. Marian Slodiçkanın (Gent Universiteti, Belçika) dəvətilə prof. M. Slodiçka və Dr. Karel Van Bokstal tərəfindən təşkil olunan "Xüsusi törəməli tənliklər üçün düz və tərs məsələlərdə hesablama üsulları” (Computational methods in direct and inverse PDE’s) minisimpoziumunda "Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə yanaşma” (An approach to numerical solution to inverse source problems with nonlocal conditions) mövzusunda məruzə ilə çıxış etmişdir.

İbayev E. isə təqdim edilmiş məruzələr seksiyasında "Semimarkov dolaşma prosesinin bir növünün birgə paylanmasının Laplas-Stiltiyes çevirməsi” (The Laplace-Stilties transformation of compatible distribution of the kind semimarkov random walk process) mövzusunda məruzə ilə çıxış etmişdir.

Hər iki məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, mövzu ərafında müxtəlif suallar verilmişdir.

Növbəti EquaDiff 2019 konfransının 8-12 iyul 2019-ci il tarixlərində Niderlandın Laiden şəhərində keçirilməsi qərara alınmışdır.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi