AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Moskvada Lütfi Zadəyə həsr olunan elmi seminar keçirilib

18.01.2021 / Xəbərlər

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Moskvada Rusiya EA İdarəetmə Problemləri İnstitutu, Moskva Milli Tədqiqat Universiteti və Ali İqtisadiyyat Məktəbinin “Qərarların seçilməsi və beynəlxalq təhlili” Mərkəzinin birgə təşkilatçılığı ilə “Ekspert qiymətləndirmələri və verilənlərin analizi” mövzusunda keçirilən onlayn seminarda iştirak edib.

Seminarda əvvəlcə Rusiya EA İdarəetmə Problemləri İnstitutunun Seçim nəzəriyyəsi və qərarların analizi şöbəsinin müdiri, texniki elmləri doktoru, prof. Fuad Ələsgərov çıxış edərək tədbirin həm də professor Lütfi Zadənin yubileyi və onun irsinin öyrənilməsinə həsr olunduğunu bildirib.

Sonra Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru Lepski Aleksandr Yevgenyeviç Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunan “Qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiqin atası” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi müasir dünyanın nəhəng elm korifeylərindən biri olan, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin qlobal elm və texnologiyanın müasir inkişafına verdiyi töhfələr haqqında geniş məlumat verib. Dünya şöhrətli alim - qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banisi L.Zadənin həyatı və yaradıcılıq yolu, qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, yumşaq hesablama ilə əlaqəli elmi tədqiqat istiqamətlərini diqqətə çatdırıb. Natiq qeyd edib ki, Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.

Məruzəçi qeyri-səlis məntiq nəzəriyyəsinin mövcud vəziyyətinə və onun tətbiqi aspektlərinə ümumi baxış keçirməklə seminar iştirakçılarına ətraflı məlumatlar verib.

Seminardakı müzakirələrdə iştirak edən dosent Ə.Əliyev professor L.Zadənin Bakı ilə əlaqələri və onun nəzəriyyəsinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundakı tətbiqləri haqqında məlumat verib.

Sonda seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi