AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

22.01.2021 / Xəbərlər

Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, aparatın idarə və şöbə rəhbərləri iştirak ediblər.

İclası akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələrilə bağlı çıxış edən AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış Komissiya tərəfindən Radiasiya Problemləri İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb. O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib.

Diqqətə çatdırıb ki, Komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyatı şöbə müdirləri ilə müzakirələr aparılıb. Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və institutun ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. Oqtay Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb.

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb.  Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib. 

Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

İclasda AMEA-nın Ümumi yığıncağının keçirilməsinə hazırlıq məsələsi də müzakirə olunub.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələlər akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, dövlət büdcəsindən AMEA-ya ayrılan maliyyə vəsaitindən  effektiv və səmərəli istifadə olunması və düzgün maliyyələşdirmə mexanizmlərinin tətbiqini özündə əks etdirən AMEA-nın 2021-ci il üçün dövlət büdcəsi ilə əlaqədar olub.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb. Akademik Arif Həşimovun Fizika İnstitutunun, akademik Əli Abbasovun isə İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifələrinə təsdiq edilmələri haqqında qərarlar qəbul olunub. Bundan əlavə, fizika elmləri doktoru Anar Rüstəmov Fizika İnstitutunun, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov isə İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifələrinə təyin olunublar. Bildirilib ki, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov öz ərizəsi ilə institutun direktoru vəzifəsindən azad edilib və onun AMEA prezidentinin müşaviri vəzifəsinə təyin olunması qərara alınıb.

Gündəlikdə duran məsələlərlə bağlı müzakirələrdə akademiklər - Dilqəm Tağıyev, Adil Qəribov, Rasim Əliquliyev, Əli Abbasov, Arif Həşimov, müxbir üzvlər - Oktay Qasımov, Oqtay Səmədov, Əminağa Sadıqov və başqaları çıxış ediblər.

Sonda çıxış edən akademik Ramiz Mehdiyev institutlarda keçirilən yoxlamalara münasibət bildirərək baş verən nöqsanların yolverilməz olduğunu, elmi-tədqiqat müəssisələrində tətbiqi və fundamental tədqiqatlara, həmçinin idarəçilik məsələlərinə ciddi diqqət yetirilməsinin vacibliyini xüsusi vurğulayıb. Akademiyanın fəaliyyətinin bütün istiqamətlərdə dövlətin qarşıya qoyduğu vəzifələrin həllinə yönəldilməsinin və Azərbaycan elminin dünya elminə, o cümlədən elmi qurumların bir-birlərinə inteqrasiyasında fəal iştirakının təmin edilməsinin, hazırda Akademiyada yaradılan münbit mühitdən elmin inkişafı üçün istifadəsinin vacibliyini diqqətə çatdırıb. Elmi nəticələr və onların tətbiqi, eləcə də fundamental elmlə tətbiqi elmin qarşılıqlı əlaqəsinin zəruriliyindən söz açan akademik Ramiz Mehdiyev elmi müəssisələrin yeni təyin olunmuş rəhbərlərinə öz elmi potensiallarından istifadə edərək rəhbərlik etdikləri institutları aparıcı elm müəssisələrinə çevirəcəklərinə və Azərbaycan elminin dünyaya inteqrasiyası istiqamətində qarşıya qoyulan hədəflərə doğru uğurla irəliləyəcəklərinə əminliyini ifadə edib.

 

mənbə: science.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi