İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının elmi məqaləsi “Web of Science” bazasına daxil olan jurnalda dərc edilib
29.01.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, i.ü.f.d. Aygün Əliyevanın Hamburq Tətbiqi Elmlər Universitetinin doktoru K.Demçuk, Sumy Dövlət Universitetinin doktorları ilə həmmüəllifi olduğu “Ölkənin innovativ inkişafı: kölgə iqtisadiyyatının təsiri” (Country innovative development: impact of shadow economy) adlı elmi məqaləsi “Web of Science” bazasına daxil olan Ukraynanın “İnnovasiyaların markertinq və menecmenti” (Marketing and Management of Innovations, 2020, Issue 4) jurnalında dərc edilib.
Məqalədə ölkənin innovativ iqtisadi inkişaf səviyyəsinə kölgə iqtisadiyyatının genişlənməsinin təsirinin müəyyənləşdirilməsinə dair elmi müzakirə çərçivəsində aparılan arqumentlər və əks arqumentlər ümumiləşdirilmiş və bir neçə mərhələdən ibarət olan elmi və metodoloji yanaşma təklif olunub.