İdarəetmə Sistemləri İnstitutunda tələbələr istehsalat təcrübəsi keçir
12.03.2021 / XəbərlərAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə IV kurs 666.7E qrupunun bir qrup tələbəsi AMEA-nın İdarəetmə Sisemləri İnstitutunda istehsalat təcrübəsi keçir.
Pandemiya dövründə Nazirlər Kabinetinin xüsusi karantin rejiminə qoyduğu tələblərə tam riayət etməklə tələbələrə institutun sərgi zalında texnoloji proseslərin avtomatlaşdırılması istiqamətində görülən işləri əks etdirən natural eksponatlar əyani şəkildə, işçi halda göstərilərək izah olunmuşdur.
Pandemiyanın son günlər daha da şiddətlənməsini nəzərə alaraq qərara alınmışdır ki, sonraki praktika dövründə institutda yaradılmış və görülən hər bir iş haqqında daha geniş məlumat və tanışlıqlar onlayn rejimdə keçirilsin.