AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri ilə görüş keçirilib

18.03.2021 / Xəbərlər

16 mart 2021-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri ilə görüş keçirilib. Görüşdə İnstitutun baş direktoru, akademik Əli Abbasov, icraçı direktor, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ADNSU-nun elmi işlər üzrə prorektoru professor Rauf Əliyarov və high performance computing (HPC) üzrə  rektor müşaviri, professor Ehsan Musəvi iştirak ediblər.

Tədbirdə 9 mart 2021-ci il tarixində İSİ və ADNSU arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində ADNSU-nun bazasında olan HPC-nin imkanlarından istifadə edərək bir sıra fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılması barədə fikir mübadiləsi aparılmışdır.

E.Musəvi böyük həcmli və yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə edilən, hazırda müasir elmi tədqiqatlarda geniş istifadə olunan HPC-nin imkanlarından söz açmış və onun kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu kvant mexanikası, hava proqnozlaşdırılması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi müxtəlif elm sahələrində geniş tətbiq imkanlarına malik olduğunu qeyd etmişdir.  

Sonra Ə.Abbasov İSİ-nin müvafiq laboratoriyalarında yüksək sürət tələb edən tətbiqi məsələlərinin həlli istiqamətində HPC-dən istifadənin zəruriliyini və böyük əhəmiyyət kəsb edəcəyini qeyd etmişdir.

Görüş zamanı HPC vasitəsilə məsələlərin həlli metodlarının müzakirəsi və HPC-nin imkanları ilə tanışlıq məqsədilə cari ilin aprel ayında İSİ alimlərinin iştirakı ilə ADNSU-da geniş seminarın keçirilməsi qərara alınmışdır.
 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi