AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Elm gününə həsr olunmuş elmi seminarı keçirilib

18.03.2021 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elm gününə həsr olunmuş elmi seminarı keçirilib. Tədbirdə İnstitutun rəhbərliyi, alim və mütəxəssislər, o cümlədən institutun gənc tədqiqatçıları iştirak ediblər.

Seminarı institutun baş direktoru, akademik Əli Abbasov açaraq qeyd edib ki, ölkə başçısının sərəncamı ilə Elm gününün təsis olunması AMEA-nın yaradıldığı günlə bağlı olaraq xüsusi əhəmiyyətə malikdir. Alim bu əlamətdar günün önəmini vurğulayaraq mart ayı ərzində İSİ-də Elm günü əlaqədar bir sıra tədbirlərin keçirildiyini bildirib.

Sonra AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov “Ölkənin sosial-iqtisadi inkişafının səviyyəsinin qiymətləndirilməsi modelləri” adlı məruzə ilə çıxış edərək əvvəlcə dünyada sosial-iqtisadi inkişafın səviyyəsinin qiymətləndirilməsi üçün istifadə olunan modellərdən ətraflı məlumat vermişdir. Sonra o, makroiqtisadi dayanıqlığı qiymətlndirmək üçün Beynəlxalq Valyuta Fondu tərəfindən təklif olunan göstəricilər nəzərə alınmaqla aparılmış hesablamaların nəticələrini tədqim etmişdir.

Daha sonra alim ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini təyin etmək məqsədilə BMT-nin Bazel İcmalar və İqtisadiyyat İnstitutu tərəfindən təklif olunan sosial kapital göstəricilərinə əlavələr edərək makroiqtisadi səviyyə indekslərinin qiymətləndirildiyini və hesablama prosesində intuitiv qeyri-səlis linqivistik çoxluqlardan istifadə edildiyini seminar iştirakçıların diqqətinə çatdırıb. Bu göstəricilərin sırasında insan kapitalı və elmi tədqiqatlar, iş təcrübəsi, bilik, texnoloji nailiyyətlər və s. alt indekslər də yer almışdır.   

Q.İmanov nəticə olaraq qeyd edib ki, sadalanan göstəricilər dördüncü sənaye inqilabının baş verdiyi müasir şəraitdə ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini elmi nöqteyi-nəzərdən daha dəqiq qiymətləndirildirməyə imkan verir. O, diqqətə çatdırıb ki, təklif olunan yanaşma modeli qərar qəbul edən şəxslərə inkişaf səviyyəsinin keyfiyyətinin optimal parametrlərini qiymətləndirməyə imkan verir.

Sonra məruzəçi iştirakçıların suallarını cavablandırmış, mövzu ətrafında müzakirələr aparılmış və müvafiq qərar qəbul edilmişdir.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi