AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda "Elm Günü"nə həsr olunmuş vebinar keçirilib

19.03.2021 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) "Elm Günü"nə həsr olunmuş Avropa Birliyinin Elmi-Tədqiqat və İnnovasiya Çərçivə Proqramlarının “Mariya Skłodovskaya-Küri tədbirləri – karyera inkişafı”  (MSCA)  mövzusunda vebinarı keçirilib. Tədbirdə İnstitutun rəhbərliyi, alim və mütəxəssislər, gənc tədqiqatçılar və dəvət olunmuş qonaqlar iştirak ediblər. Tədbir İSİ Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, “Horizon 2020” Proqramının Avropa MSCA üzrə milli əlaqələndirici şəxsi, t.ü.f.d.Tofiq Babayevin moderatorluğu ilə baş tutub.

Vebinarı İSİ-nin icraçı direktoru, AMEA- nın müxbir üzvü Əminağa Sadıqov açaraq Elm Gününün əhəmiyyətini vurğulayıb və bu əlamətdar günə həsr olunan tədbirin önəmini qeyd edib. O bildirib ki,  Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində elmi fəaliyyət əlaqələrinin genişləndirilməsi baxımından MSCA proqramı böyük əhəmiyyətə malikdir və tədqiqatçıların bu proqrama cəlb olunması, həmçinin fürsətlərdən maksimum yararlanması onların karyera inkişafı üçün faydalıdır. Ə.Sadıqov Azərbaycan elminin dünya elminə inteqrasiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi və rəqabət qabiliyyətinin artırılması ilə bağlı ölkə başçısının sərəncamlarını xüsusilə qeyd etmişdir.

Sonra Tofiq Babayev tədbir iştirakçılarına MSCA proqramına qoşulmağın üstünlükləri barədə məlumat verərək bildirib ki, bu proqram transmilli, sahələrarası və fənlərarası hərəkətliliyi təşviq edir,  elmi - tədqiqat mərkəzli təşkilatların istedadlı xarici tədqiqatçılara ev sahibliyi etməsinə və dünyanın aparıcı qurumları ilə strateji tərəfdaşlıq yaratmasına imkan yaradır.

Daha sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, “Horizon 2020” Proqramının Avropa MSCA üzrə milli əlaqələndirici şəxsi, t.ü.f.d. Zaur Həsənov MSCA proqramına həsr edilən təqdimatla çıxış edib. Məruzəçi proqramın strukturu, imkanları və əldə olunan uğurlar barədə tədbir iştirakçılarına məlumat verib. O, tanınmış alim Marie Curienin şərəfinə adlanan bu proqramın məqsədinin indi və gələcəkdə ola biləcək problemləri həll etməyə hazır, yüksək səviyyəli elmi yenilikləri olan tədqiqatçıların təlimi və onlar üçün bilik mübadiləsinə imkanlar yaratmaq olduğunu bildirmişdir. Z.Həsənov Avropa alimlərinin elmin inteqrasiyası baxımından bu proqramın inkişafına maraqlı olduqlarını qeyd edərək MSCA proqramının əsas hədəfinin kreativ, sahibkaryönümlü və innovativ tədqiqatçıların yeni nəslinin hazırlanılması və tədqiqatların keyfiyyətinin artırılması olduğunu vurğulamışdır.

Sonra məruzəçi iştirakçıların suallarını cavablandırmış, mövzu ətrafında müzakirələr aparılmışdır.

Tədbirin sonunda Ə.Sadıqov iştirakçıları qarşıdan gələn Novruz bayramı və Elm Günü münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi