AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Astronomlar ilk dəfə olaraq ifrat massiv qara dəliyin ətrafındakı maqnit sahəsini ölçüblər

25.03.2021 / Xəbərlər

“Hadisə üfüqü teleskopu” (Event Horizon Telescope, EHT) layihəsinin iştirakçıları ilk dəfə olaraq M87 qalaktikasının mərkəzində ifrat massiv qara dəliyin hadisə üfüqünün ətrafındakı maqnit sahəsini ölçüblər.

Bu barədə Avropa Cənub Rəsədxanasının mətbuat xidməti “Astrophysical Journal Letters” elmi jurnalında dərc edilmiş məqaləyə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Boulder Kolorado Universitetinin professoru Ceyson Deksterin sözlərinə görə, aparılan müşahidələr, ilk dəfə olaraq, M87 qara dəliyinin kənarlarında maqnit sahələrinin çox güclü olduğunu göstərib. Bu maqnit sahələri o dərəcədə güclüdür ki, isti qazları qara dəlikdən kənara itələyir və onun cazibəsindən “qaçmağa” kömək edir. Çox az miqdarda qaz bu sahəni yarıb keçərək hadisə üfüqünə tərəf hərəkət edə bilər.

EHT layihəsi çərçivəsində dünyanın bir neçə ən həssas mikrodalğalı radiorəsədxana gücü birləşdirilib. Layihə 2009-cu ildə Ağ Yolun (Sgr A*) mərkəzindəki ifrat kütləli qara dəlikləri və Qız bürcündəki (M87*) M87 qalaktikasını müşahidə etmək üçün yaradılıb.

Bu layihədə astronomların mühüm nəticələrindən biri M87 qalaktikasındakı qara dəliyin “kölgəsi”nin fotoqrafiyasıdır. Alimlər bu obyektin ətrafındakı xüsusi regionu belə adlandırırlar. Orada işıq və maddənin artıq qaça bilmədiyi hadisə üfüqünün özünəməxsus “əksini” görmək mümkündür. Bu, ifrat massiv qara dəliyin mövcudluğunun ilkin birbaşa təsdiqlərindən biri olub (əvvəllər alimlər bu barədə əsasən dolayı əlamətlər əsasında mülahizə yürüdə biliblər). Lakin alimlər bu şəkli əldə etsələr də, hadisə üfüqünün qara sferasını əhatə edən xarakterik odlu halqanın və ayparanın yaranmasında hansı fiziki proseslərin iştirak etməsi barədə suala birmənalı cavab tapmayıblar.

Alimlər qara dəliklərin materiyanı necə udduğunu və bu prosesdə, akkresiya diskində yarandığı güman edilən maqnit sahələrinin hansı rol oynadığını hələ ki bilmirlər. O, toz və qazdan ibarət böyük halqa formasında olub, qara dəliyin ətrafında dolanır, onu “doyurur” və bu halda çox yüksək temperaturadək qızır.

Tədqiqatçıların bir qismi hesab edir ki, akkresiya diskinin qara dəlik tərəfindən qızdırılan və udulan zaman yaratdığı maqnit sahəsi onun aktivliyində vacib rol oynayır. Digərlərinin fikrincə isə bu proseslərdə təkcə maqnit sahəsi deyil, digər fiziki hadisələr də aparıcı rol oynayır.

EHT layihəsinin iştirakçıları bu hipotezi ilk dəfə olaraq yoxlayıblar. Onlar, Maykl Faradeyin XIX əsrdə kəşf etdiyi qanunauyğunluğa əsaslanaraq, M87* qara dəliyinin ətrafındakı maqnit sahələrini ölçüblər. Belə ki, güclü maqnit sahələri işıq dalğalarını qütbləşməyə məcbur edir. Buna əsasən, qara dəliyin “kölgəsi”ndə şüalanmanın nə dərəcədə qütbləşdiyini təyin etməklə hadisə üfüqünün kənarlarında maqnit sahələrinin gücünü ölçmək olar. Ona görə də astronomlar layihə iştirakçılarının – ayrı-ayrı rəsədxanaların topladıqları məlumatı təkrar təhlil edərək onları M87* “kölgəsinin” şəkli ilə tutuşdurublar. Məlum olub ki, “kölgədən” gələn mikrodalğalı şüanın mühüm hissəsi qütbləşib. Bunun nəticəsində alimlər hətta M87*-nin ətrafının özünəməxsus maqnit xəritəsini tərtib ediblər. Məlum olub ki, hadisə üfüqünün kənarlarında materiya cərəyanlarının hərəkətində maqnit sahələri həqiqətən mühüm rol oynayır.

Dekster və onun həmkarları ümid edirlər ki, EHT məlumatlarının gələcəkdə tədqiq olunması qara dəlik tullantılarının yaranmasına məhz maqnit sahələrinin necə təsir göstərdiyini dəqiqləşdirməyə kömək edəcək. Bu da öz növbəsində qalaktikaların, o cümlədən Ağ Yolun böyüməsinə qara dəliklərin təsirinin qiymətləndirilməsi baxımından çox önəmlidir.

mənbə: azertag.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi