AMEA İdarəetmə Sistemləri İnstitutunun alimi Beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilmişdir
31.03.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı laboratoriyasının rəhbri AMEA-nın müxbir üzvü, prof. Kamil Ayda-zadə 22-29 aprel 2021-ci il tarixlərində Rusiyanın Omsk şəhərində keçiriləcək Omsk Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə "Tətbiqi riyaziyyat və fundamental informatika" mövzusunda IX beynəlxalq elmi-praktiki konfransın Proqram Komitəsinin üzvü seçilmişdir. Konfransın proqramına 3.1 saylı laboratoriyanın əməkdaşlarının 1 plenar və 4 seksiya məruzəsi daxil edilmişdir. Konfransın Zoom platformasında Online rejimdə keçirilməsi nəzərdə tutulur.
Konfransla ətraflı aşağıdakı linkdən tanış olmaq olar:
http://konfpmfi.omgtu.ru/