İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilmişdir
02.04.2021 / Xəbərlərİdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Ağasi Məlikov 20-24 sentyabr 2021 ildə Moskva şəhərində keçiriləcək ”Paylanmış kompüter və rabitə şəbəkələri: Nəzarət, hesablama, rabitə” (Distributed Computer and Communication Networks: Control, Computation, Communications) beynəlxalq konfransin proqram komitəsinin uzvü seçilmişdir.
Konfransın əsas ideyası paylanmış kompüter və rabitə şəbəkələrinin nəzəriyyəsi və tətbiqi, riyazi modelləşdirmə, idarəetmə metodları və optimallaşdırılması sahəsində çalışan müxtəlif ölkələrdən olan alim və sənaye tədqiqatçılara fikirlərini bölüşmək, perspektivli inkişafları müzakirə etmək və bu sahədə əməkdaşlığı davam etdirmək üçün bir platforma və forum təmin etməkdən ibarətdir.
Konfrans haqqında ətraflı məlumatı https://2021.dccn.ru ünvanından əldə etmək mümkündür.