AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ümumdünya Kvant Günü çərçivəsində beynəlxalq tədbirlər keçiriləcək

12.04.2021 / Xəbərlər

“Ümumdünya Kvant Günü” şəbəkəsi kvant fizikası və əlaqədar sahələrdə aktiv elmi tədqiqatlar həyata keçirən 67 ölkənin tədqiqatçıları tərəfindən könüllü olaraq təsis edilib və əsas məramı 14 aprel tarixinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmi şəkildə hər il Ümumdünya Kvant Günü olaraq elan edilməsinə nail olmaqdır. AMEA-nın Fizika İnstitutu da qeyd edilən şəbəkənin aktiv iştirakçısıdır.

Şəbəkə tərəfindən aprelin 14-də gün ərzində onlayn şəkildə bütün dünya ictimaiyyətinin diqqətini cəlb edəcək tədbirlər hazırlanıb. AMEA-nın Fizika İnstitutu kvant fizikasına marağı olan, bu sahədə çalışan və ya yeni məlumat və biliklər əldə etmək istəyən həmvətənlərimizi də aşağıdakı bəzi tədbirlərdə fəal olaraq iştirak etməyə dəvət edir:

Tarix: 14 aprel 2021-ci il, Bakı vaxtı ilə saat 12:00

Maltada Kvant Mexanikası

Ünvan: Malta Universiteti

Proqram: Malta Universitetinin Fizika bölməsi 2021-ci ildə Ümumdünya Kvant Gününün qeyd edilməsinə qoşulur və onun elmi tədqiqatçıları özlərinin perspektiv elmi tədqiqatları və Plank sabitinin hansı səbəblərdən hər kəs üçün bu qədər əhəmiyyətli olması barədə danışırlar.

10:00 – André Xuereb (Fizika bölməsinin rəhbəri): Kvant dünyasında əyləncə və sərgüzəştlər

10:10 – Tony Apollaro (Baş müəllim): Plank sabitinin fotoportreti

10:20 – Karl Pelka (Doktorant): İşıq kvantları rəqəmlər barədə nə bilirlər

10:30 – Mirko Consiglio (Doktorant): Kvant Aliliyinə aparan yol

10:40 – Jake Xereb (Bakalavr tələbəsi):  Kvant Pastizziləri – Malta şirniyyatlı kvant hesablamaları

10:50-11:00 – sual-cavab.

***

Tarix: 14 aprel 2021-ci il, Bakı vaxtı ilə saat 14:00

ETH Sürixd Kvant texnologiyaları: Bizim səyahət

ETH Sürix professorları Yiven Chu və Renato Renner ilə birlikdə təcrübə və nəzəriyyə

Ünvan: Sürix ETH Kvant Mərkəzi

 

Xülasə: İsveçrənin Sürix şəhərində yerləşən ETH Kvant Mərkəzi (qc.ethz.ch) sizi iki ETH professoru Yiven Chu və Renato Renner ilə doktorant Chiara Decaroli tərəfindən təşkil ediləcək müsahibəyə dəvət edir. Onlar öz hekayələrini hamı ilə bölüşəcək, bizə kvant fizikası ilə məşğul olan elmi tədqiqatçının gündəlik işinin necə keçdiyindən danışacaq və gənc tələbələrə bu elm sahəsində necə uğurlu irəliləmək barədə məsləhətlərini verəcəklər.

***

Tarix: 14 aprel 2021-ci il, Bakı vaxtı ilə saat 19:00

Eynşteyndən Uilerə: vahid fotonun dalğa-zərrəcik dualizmi

Prof. Alain Aspect, Paris-Saclay Universitetinin Optika İnstitutu

Ünvan: Ümumdünya Kvant Günü YouTube kanalı

Xülasə: İlk dəfə Eynşteyn tərəfindən işıq ilə bağlı olaraq irəli sürülən və daha sonra da Lui de Broyl tərəfindən digər maddi zərrəciklər halı üçün inkişaf etdirilən dalğa-zərrəcik dualizmi kvant fizikasının əsas konsepsiyasıdır. O, vahid zərrəciyə tətbiq edildiyi təqdirdə, kvant dünyasının ən qəribə xassələrindən birini nümayiş etdirməyə bizə imkan yaradır. Çıxışda kvant texnologiyalarının inkişafı üçün mühüm qurğulardan biri olan vahid foton mənbəyi əsasında həyata keçirilmiş real təcrübə nəticəsində dalğa-zərrəcik dualizmi təqdim ediləcək.

***

Tarix: 14 aprel 2021-ci il, Bakı vaxtı ilə saat 20:00

Elmi tədqiqatçılar üçün Kollokvium - Kvant İnformatikası

Raman Elmi-Tədqiqat İnstitutu, Hindistan

Charles H. Bennett, IBM Research şirkəti, Nyu York

Onlayn iştirak

İdentifikator: 874 2968 3574

Kod: 618012

Xülasə: Çıxışlarda əsasən dolaşıqlıq (entanglement) kimi məlum olan və klassik informasiyanı tamlaşdıran çox unikal və xüsusi korrelyasiya müzakirə ediləcək. Maraqlıdır ki, dolaşıqlıq təsadüfiliyin yaranma mənbəyini, nəyə görə gələcəyin keçmişə görə daha çox qeyri-müəyyən olduğunu və paradoksal olsa da, makroskopik dünyanın üzdən özünü klassik şəkildə aparmasını və ona görə də kvant fizikası qanunlarının 20-ci əsrə kimi gizli qalaraq kəşf edilməməsini başa düşməyə imkan verir. 21-ci əsrdə isə kvant informasiyası barədə yaranan təsəvvürlər qara dəliklərin fizikası və zaman-məkanın yaranması kimi hadisələri başa düşməyə imkan yaradır.

Qeyd edilən tədbirlər 14 aprel 2021-ci il tarixdə AMEA-nın Fizika İnstitutunda da canlı olaraq əməkdaşlara çatdırılacaq.

 

mənbə: science.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi