AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Rasim Əliquliyev: “Problem şuralarının əsas məqsədi ölkəmizdə elmi fəaliyyətin əlaqələndirilməsidir”

19.04.2021 / Xəbərlər

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının ilk iclasında problem şurasının təşkili və fəaliyyətinə dair çıxış edib. Şuranın sədri bildirib ki, AMEA-nın Rəyasət Heyəti və AR  Elmi  Tədqiqatların  Əlaqələndirilməsi  Şurasının (ETƏŞ) birgə qərarı ilə əvvəlki strukturdan fərqli olaraq, 6 elmi istiqamət üzrə 6 problem şurası təşkil olunmuşdur ki, onlardan biri də Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasıdır. Şuranın tərkibinə fizika, riyaziyyat, astrofizika, idarəetmə sistemləri, informasiya texnologiyaları və digər texniki elmlərə aid 27 alim daxildir. Qəbul olunmuş qərara əsasən,  problem şurasının sədrinin müavini AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Afiq Həsənov, elmi katibi isə İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovadır.

Sonra akademik problem şuralarının fəaliyyətini tənzimləyən bir sıra normativ-hüquqi sənədlər haqqında məlumat verib. 2016-cı ildə dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edilmiş “Elm haqqında” qanunda problem şuraları və ETƏŞ haqqında müəyyən müddəaların yer aldığını diqqətə çatdırıb. Qeyd edib ki, əsas məqsəd ölkəmizdə elmi tədqiqatlar və elmi fəaliyyətin əlaqələndirilməsi, digər tərəfdən ölkəmizdə elm və texnologiya sahəsində aparılan siyasətə dəstək vermək, qabaqcıl elmi istiqamətləri dünya səviyyəsində analiz etmək, zəruriyyət yarandıqca elm və təhsil müəssisələrinin, alimlərin qarşısına yeni vəzifələr tövsiyə etməkdir. Bütövlükdə ölkə üzrə elm və təhsil qurumlarında aparılan tədqiqatları əlaqələndirmək də problem şuralarının əsas fəaliyyət istiqamətlərindəndir.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, dissertasiyalar üzrə koordinasiya işlərinin aparılması, təkrarçılığın aradan qaldırılması, bu və ya digər istiqamətlərdə aparılan tədqiqatların aktuallığının qiymətləndirilməsi, dünya elminin tələblərinə uyğunlaşdırılması, müəyyən tövsiyələrin verilməsi problem şuralarının qarşısında duran vəzifələrdəndir. Şura üzvləri təşəbbüskar fəaliyyət göstərərək ayrı-ayrı elmi müəssisələr, təhsil qurumları və alimlər arasında münasibətlərin qurulmasında fəal iştirak etməlidir.

Akademik Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyətindən də danışıb. Hazırda AAK-da müasir tələblərə cavab verən kompleks islahatların aparıldığını, Komissiyanın fəaliyyətinin yenidən qurulması, şəffaflığın təmin olunması və attestasiyanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib.

Hazırda problem şuralarının qarşısına çox ciddi vəzifələrin qoyulduğunu deyən akademik AMEA da daxil olmaqla, ölkənin bütün elm və təhsil müəssisələri ilə müxtəlif səviyyələrdə münasibətlərin qurulması və hesabatların qəbul edilməsində fəal iştirakın zəruri olduğunu vurğulayıb.

“Qarşımıza qoyulan mühüm vəzifələrdən biri də kadr hazırlığı prosesinə intellektual dəstək verməkdir”, – deyən R.Əliquliyev qeyd edib ki, dissertantura və doktorantura üzrə kadr hazırlığı ilə məşğul olan ayrı-ayrı elm və təhsil müəssisələrində gənc tədqiqatçılara təklif edilmiş dissertasiya işləri ilkin olaraq müvafiq elmi şuralarda, son mərhələ kimi isə ETƏŞ-in nəzdində fəaliyyət göstərən müxtəlif problem şuralarında müzakirə olunaraq qeydiyyata alınmalıdır.

Alim rəhbəlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsinin Data Mərkəzində son illərdə problem şuralarında qeydiyyatda olan dissertasiya işlərinin vahid reyestrinin yaradıldığını, həmin resurslar və bulud xidmətlərindən müxtəlif aidiyyəti olan qurumlar, eyni zamanda problem şuraları üçün istifadə imkanlarının yaradıldığını nəzərə çatdırıb.

Akademik çıxışının sonunda yeni yaradılmış problem şurasının fəaliyyətinin səmərəli təşkili və qarşıya qoyulan vəzifələrin icrası prosesində hər kəsi fəal iştirak etməyə çağırıb.

 

mənbə: frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi