
GUAM-ın Elm və innovasiyalar üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir
20.04.2021 / Xəbərlər
2021-ci il aprelin 20-də Demokratiya və İqtisadi İnkişaf naminə Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna Təşkilatının (GUAM) Elm və innovasiyalar üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir. Ukraynanın Kiyev şəhərində yerləşən GUAM Katibliyinin təşkilatçılığı və moderatorluğu ilə keçən onlayn iclasda ölkəmizi İşçi qrupun üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təmsil etmişdir.
İclasın gündəliyinə daxil olan milli innovasiya mərkəzlərinin inkişafı, GUAM çərçivəsində texnologiyaların transferi, kosmik texnologiyaların yaradılması sahəsində layihələrin həyata keçirilməsi, GUAM ölkələrinin dövlət geokadastr xidmətlərinin əməkdaşlıq istiqamətləri və digər məsələlər ətrafında Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova nümayəndələri çıxış etmiş, ətraflı fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
İclasda Ukrayna Baş Nazirinin müavini Oleq Uruskiy iştirak etmişdir.


