AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

MEK tərəfindən tanınmış alimlərin biobiblioqrafik göstəriciləri nəşr edilib

21.04.2021 / Xəbərlər

Mərkəzi Elmi Kitabxanada (MEK) ötən səkkiz ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası adı altında 8 biobiblioqrafik göstərici nəşr edilib. Biobiblioqrafik vəsaitlər Azərbaycan elminin korifeylərinin, məşğul olduqları elm sahəsində məktəb yaratmış alimlərin həyat və fəaliyyətini özündə əks etdirən qiymətli mənbələrdir.

Qeyd edilən nəşrlərdən ilki AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevə həsr olunan biobiblioqrafik göstəricidir. Göstəriciyə akademikin 1969-2019-cu illərdə çap olunmuş 750 elmi əsəri – müxtəlif dillərdə işıq üzü görmüş məqalələri, monoqrafiyaları, kitabları, dərslikləri, dərs vəsaitləri, 60 patent və müəlliflik şəhadətnaməsi, müxtəlif qurultay, konfrans və simpoziumlarda məruzələri, rəhbərlik etdiyi elmlər doktoru və fəlsəfə doktorları haqqında məlumat daxil edilib. Kitaba daxil edilən əksər materiallar üç dildə (Azərbaycan, rus və ingilis), xronoloji ardıcıllıqla düzülüb, vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə köməkçi aparat tərtib edilib, alimin əsərlərinin, həmçinin müştərək və haqqında yazan müəlliflərin əlifba göstəricisi verilib.

Kimya və nüvə texnologiyaları sahəsində genişmiqyaslı fəaliyyəti AMEA Rəyasət Heyətinin akademik-katibi, akademik Adil Qəribov haqqında biblioqrafik informasiya mənbəyinin yaradılmasına  əsas verib. Göstəriciyə akademikin kitabları, 400-dən çox elmi məqalə və tezisləri, 12 patent və müəlliflik şəhadətnaməsi, rəhbərliyi ilə müdafiə edən fəlsəfə və elmlər doktorlarının siyahısı, həmçinin ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən materiallar daxil edilib. Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün Azərbaycan, rus və ingilis dillərində müxtəlif adlarda “Soraq-axtarış aparatı” verilib. Göstəricinin elmi redaktoru akademik Rasim Əliquliyev, tərtibçiləri k.e.d., prof. Teymur Ağayev, fil.ü.f.d., dos. Şəhla Tahirqızı, k.ü.f.d. Cəlal Nağıyev, f.ü.f.d. Günel İmanova, Aydan Qəribli və Səbinə Məmmədovadır.

AMEA-nın müxbir üzvü Əli Nuriyevə həsr edilən göstərici onun elmi-pedaqoji və ictimai fəaliyyətini, alimin 1968-2020-ci illərdəki 270-dən çox elmi əsərlərinin biblioqrafiyasını, rəy verdiyi, redaktə etdiyi əsərləri, eyni zamanda doktorant və dissertantlara elmi rəhbərliyi və s. haqqında yazılan mənbələri əhatə edir. Göstəricinin redaktoru fil.ü.f.d., dos. Şəhla Tahirqızı, tərtibçiləri i.ü.f.d. Nüşabə Nuriyeva və Təranə Rüstəmovadır.

Azərbaycanda informatika və optimallaşdırma sahəsinin görkəmli nümayəndəsi, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadəyə həsr edilən biobiblioqrafik göstəriciyə alimin 1973-2020-ci illəri əhatə edən 500-dən yuxarı elmi əsəri – kitabları, müxtəlif dillərdə işıq üzü görmüş məqalələri, çoxsaylı beynəlxalq elmi konfrans və simpoziumlarda etdiyi məruzələr daxil edilib. Biobiblioqrafiyada materiallar xronoloji ardıcıllıqla verilib, alimin həyatı, elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti qısa oçerkdə əks olunub, mühüm elmi nəticələri, rəhbərlik etdiyi və məsləhətçisi olduğu dissertasiyaların mövzuları əlifba sırası ilə düzülüb. Göstəricinin elmi redaktorları akademiklər Rasim Əliquliyev, Telman Əliyev, tərtibçiləri dosentlər Şəhla Tahirqızı, Yeganə Əşrəfova, Anar Rəhimov və Türkan Vahidovadır.

AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın əsərlərinin təqdim olunan biblioqrafiyası 1974-2020-ci illəri əhatə edir. Biobiblioqrafik göstəricidə R.Məmmədovanın elmi-pedaqoji yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa oçerk, həyatı və elmi fəaliyyətinin əsas tarixləri, opponentliyi və dissertantlara elmi rəhbərliyi, 300-dən çox elmi məqalə öz əksini tapıb. Göstəricinin elmi redaktoru akademik Teymur Bünyadov, redaktor fil.ü.f.d., dos. Şəhla Tahirqızı, tərtibçilər Gülarə Abdullayeva və Nərgiz Novruzovadır.

AMEA-nın müxbir üzvü Tehran Mustafayevə həsr edilən biblioqrafik göstəriciyə alimin çoxsaylı  kitab və dəslikləri, respublikada və xaricdə nəşr edilən 200-dən çox elmi məqaləsi daxil edilib. Vəsaitdə, həmçinin Tehran Mustafayevin redaktə etdiyi elmi əsərlər, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri öz əksini tapıb. Göstəricinin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktoru fil.ü.f.d., dos. Şəhla Tahirqızı, tərtibçisi Afət Məmmədovadır.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biobiblioqrafiyası alimin 1972-2020-ci illəri əks etdirən yaradıcılığını əhatə edir. Biblioqrafiyaya alimin elmi və pedaqoji fəaliyyətini əks etdirən monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, 400-dən artıq elmi və elmi-kütləvi məqaləsi, dərslik və redaktə etdiyi əsərləri, dissertantlara rəhbərlik və opponentlik işləri daxil edilib. Göstəricinin elmi redaktoru akademik İsmayıl Hacıyev, redaktoru fil.ü.f.d., dos. Şəhla Tahirqızı, tərtibçiləri Aliyə Əbülfəzqızı və Mahnur Həsənovadır.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin elmi əsərlərinin biblioqrafik göstəricisi 1975-2020-ci illəri əhatə edir. Biblioqrafik göstəricidə alimin 180-dən artıq elmi məqalə və tezisi, 17 ixtira və 10 monoqrafiyası, simpozium, konqres, konfranslarda elmi çıxışları, dövri mətbuat səhifələrində əsərləri və müsahibələri, elmi rəhbərlik etdiyi və rəsmi opponent olduğu, rəy verdiyi dissertasiya işləri qeyd olunub. Göstəricinin elmi redaktoru akademik Vaqif Fərzəliyev, redaktoru fil.ü.f.d., dos. Şəhla Tahirqızı, tərtibçiləri Könül Məmmədəlili və Elnur Həsənovdur.

Nəşr edilən sözügedən göstəricilər adıçəkilən elm sahələrində fəaliyyət göstərən, elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, doktorantlar, tələbələr, eləcə də ali məktəb müəllimləri üçün dəyərli və zəngin mənbələrdir.

Qeyd edək ki, hazırda MEK-in Biblioqrafiya şöbəsində akademiklər Tofiq Nağıyevin, İsmayıl Hacıyevin, Nailə Vəlixanlının, Kamal Abdullayevin, AMEA-nın müxbir üzvləri Aydın Kazımzadənin, Qorxmaz İmanovun, Şahbaz Muradovun, Nüşabə Araslının, həyat və fəaliyyətini özündə əks etdirən biobiblioqrafik göstəricilər hazırlanmaqdadır.

science.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi