Estoniyada təqaüdlü təhsil və tədqiqat proqramlarına qeydiyyat davam edir
21.04.2021 / XəbərlərEstoniyada 2021-2022-ci il tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə təqaüdlü təhsil və tədqiqat proqramlarına qeydiyyat davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Estoniya universitetlərində yay kursları, tədqiqat və mühazirələrdə iştirak, eləcə də dərəcə proqramları (bakalavriat, magistratura və doktorantura) üzrə təqaüdlü təhsil imkanları yaradır.
Müraciət etmək istəyənlər təqaüd proqramı barədə ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş elan vasitəsilə əldə edə bilərlər.