AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerləşdirməyə hazırdır

21.04.2021 / Xəbərlər

Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkəti onu 9 ədəd Atlas 5 adlı raket ilə təmin edəcək. Yer kürəsinin orbitinə göndəriləcək ilk peyklər Amazon-un Kuiper adlı layihəsinin təməlini təşkil edəcəklər. Amazon şirkətinin planına əasən Kuiper layihəsi SpaceX-in Starlink layihəsinin analoqu olacaq. Şirkət təmsilçiləri isə ilk uçuş missiyaları çərçivəsində hər bir raket daxilində neçə ədəd peykin olacağı və uçuş missiyalarının hansı vaxt aralığı ilə reallaşacağı barəsində bir məlumat verməyiblər. Bu barədə The Verge saytı xəbər verib. Amazon Yer kürəsinin orbitində 3236 ədəd süni peykdən ibarət olacaq peyk sistemini yaratmağı planlaşdırır.

Bundan əlavə olaraq həmin peyklər Amazon Web Services bulud servis infrastrukturunun dəstəyini də reallaşdıracaqlar. Lakin keçən ilin iyul ayında ABŞ-ın şəbəkə əlaqələri üzrə federal komissiyası (FCC) peyklərin göndərilməsinə dair icazəni verəndən sonra Kuiper layihəsi barəsində məlumatlar ortaya çıxmamışdı. FCC-nın tələbinə əsasən Amazon şirkəti planlaşdırılan peyklərin yarısını (1618 ədəd peyk) 2026-cı ilə kimi Yer kürəsinin orbitinə göndərməlidir. United Launch Alliance şirkətinin Atlas 5 adlı raketləri bu məsələdə Amazon-a yardımçı olacaqlar. Lakin nəticədə Amazon bazardakı digər təmsilçilərin təkliflərindən də istifadə edə bilər. Hal hazırda Kuiper layihəsinin 2 ciddi rəqibi var.

 OneWeb şirkəti isə planlaşdırılan 650 ədəd peykdən 146-nı yerləşdirib. Bundan əlavə olaraq Telesat şirkəti var və o, 300 ədəd peykini göndərməyə hazırlaşır. Məlumata əsasən Kuiper layihəsinin peykləri 590 km-dən 630 km-ə kimi hündürlükdə yerləşəcəklər. Şirkətin məlumatına əsasən təchizatın prototipi saniyədə 400 Mbit internet sürəti sərgiləyib. Gələcək versiyalarda sürət daha da artacaq. 2020-ci ildə Amazon şirkəti bildirmişdi ki, o bu layihəyə 10 milyard dollar investisiya yatıracaq. SpaceX də özünün Starlink layihəsinə təqribən bu qədər vəsait yatırıb. Lakin bu məsələdə Starlink layihəsi bir qədər qabaqdadır. Belə ki, keçən ilin oktyabr ayında SpaceX öz layihəsinin beta testinə start vermişdi və bu ilin fevral ayının əvvəlinə olan statistikaya əsasən onun istifadəçi kütləsi artıq 10.000 insan təşkil edir.

 technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi