AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Astronomlar nəhəng ekzoplanet aşkar ediblər

22.04.2021 / Xəbərlər

Astronomlar Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının VLT teleskopundan nəhəng ekzoplanetin birbaşa işığını müşahidə ediblər. Bu ekzoplanet Günəşə oxşayan ana ulduzundan olduqca uzaq məsafədə yerləşir. Yeni kəşf alimlər üçün əsl müəmmaya çevrilib - qaz nəhənglərinin mövcud yaranma modellərindən heç biri alimlərin gördüyü yerdə bu ekzoplanetin necə meydana gəldiyini izah edə bilmir. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc edilib.

Söhbət Yerdən 360 işıq ili məsafəsində göyün Cənub yarımkürəsində Milçək bürcü istiqamətində yerləşən YSES 2b planetindən gedir. Bu qaz nəhəngi Günəş sisteminin ən böyük planeti Yupiterdən 6 dəfə ağırdır. O, öz ulduzundan Yerlə Günəş arasında olan məsafədən 110 dəfə daha çox uzaqda, yaxud Yupiterlə Günəş arasında olan məsafədən 20 dəfə daha çox uzaqda yerləşir. Onun ana ulduzu bütün parametrləri üzrə Günəşə oxşayır, lakin ondan əhəmiyyətli dərəcədə cavandır – cəmi 14 milyon yaşı var.

Planet və ulduz “Young Suns Exoplanet Survey” çərçivəsində aşkarlanıb. 2020-ci ildə bu müşahidə sayəsində Milçək bürcündə Günəşə oxşar daha bir ulduzun (TYC 8998-760-1) ətrafında çoxplanetli sistemin ilk birbaşa təsviri təqdim edilib.

Bu ekzoplanetlərin ilk birbaşa təsviri VLT ESO teleskopunda SPHERE adaptiv optikasının yüksək kontrastlı sisteminin genişləndirilmiş perfomansı sayəsində mümkün olub. SPHERE aləti koronoqraf qurğusunun köməyilə ulduzun parlaq işığını bloklayır ki, bu da daha zəif planeti görməyə imkan yaradır.

Alimlər axtarışlarda yaşı az olan planet sistemlərinə üstünlük verirlər. Belə ki, Günəş sisteminin daha yaşlı planetləri bu texnikanın köməyilə aşkarlanmaq üçün həddən çox soyuq olduqları halda, cavan planetlər daha isti olur və infraqırmızı işıqda daha parlaq işıq saçırlar.

YSES 2b planetinin öz ulduzundan çox uzaq məsafədə yerləşməsinin səbəbi alimlərə hələ ki məlum deyil, çünki o, nəhəng qaz planetlərinin yaranmasına dair məlum modellərin heç birinə uyğun gəlmir. Astronomlar yaxın gələcəkdə bu qeyri-adi planetin və onun ulduzunun ətrafını təfərrüatı ilə öyrənməyi, habelə Günəşə oxşar cavan ulduzların ətrafında digər nəhəng planetlərin axtarışını davam etdirməyi planlaşdırırlar. Onların fikrincə, fövqəladə böyük teleskop (ELT) ESO işə salınandan sonra YSES 2b planetinin mövcud olduğu yerdə necə yarandığını, yaxud onun miqrasiya etdiyini yoxlamaq mümkün olacaq.

AzərTac

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi