AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Avropa komissiyası cəmiyyətdə süni zəka texnologiyalarının istifadəsini məhdudlaşdırmaq istəyir

26.04.2021 / Xəbərlər

Avropa komissiyası süni zəkanın zərər yetirə biləcəyi müəyyən sahələrdə fəaliyyətinin məhdudlaşdırılmasını təklif edib. Avropa komissiyasının fikrincə süni zəka texnologiyasının zərər yetirə biləcəyi fəaliyyət sahələri üzrə nümunələr aşağıdakı kimidir:

- Süni zəkanın robotlaşdırılmış cərrahiyyə sahəsində istifadəsi

- Kredit risklərinin qiymətləndirilməsi sistemləri

- Məhkəmələrdə sübutların doğruluqlarının qiymətləndirilməsi

- İnsanların işə götürülmələri üçün nəzərdə tutulmuş proqram təminatları

- Sənədlərin yoxlanışı zamanı alqoritmlərdən istifadə.

    Komissiyanın təklifinə əsasən texnologiyalar bazara daxil olmamışdan öncə təhlükəsizlik, dəqiqlik, etibarlıq, istifadəçilər ilə nizamlayıcı orqanlara nə dərəcədə açıq olmaları, məlumatların keyfiyyətləri və s. kimi tələblərə cavab verməlidirlər. Avropa komissiyası həmçinin bəzi istisna hallardan başqa ictimai yerlərdə üz tanıma sistemlərinin istifadəsini qadağan etməyi təklif edib. İstisna hallar kimi isə itmiş uşaqların, cinayətkarların axtarışı və terror aktlarının qarşısının alınması çıxış edirlər.

    Bundan əlavə olaraq komissiya insan iradəsindən yan keçmək üçün onun davranışlarını manipulyasiya edən tətbiqlərdə və sosial reytinq sistemlərində süni zəka texnologiyasından istifadəni qəbuledilməz hesab edir. Cəmiyyət üçün minimal riskləri (məsələn oyunlarda və spam filtrlərdə olan süni zəka texnologiyaları) özündə birləşdirən süni zəka texnologiyalarının nizamlanması nəzərdə tutulmur. Komissiyanın fikrincə bu cür texnoolgiyaların sayı çoxdur. Mütəxəssislər hesab edirlər ki, bu yeni qaydalar Çindən olan şirkətlərə heç cür təsir etməyəcək və bu da öz növbəsində həmin şirkətlərə böyük üstünlüklər verəcək.

    “Bu qaydalar Avropada süni zəka texnologiyalarının yaradılmasını bahalı və bəzi hallarda texnoloji mümkünsüz edəcəklər. Avropa Birliyi öz startaplarını diz üstə çökdürəcək və ABŞ ilə Çin bunu qıraqdan seyr edərək inkişaf etməkdə davam edəcəklər” - deyə mütəxəssislərdən biri qeyd edib. Buna baxmayaraq Avropa komissiyasının bu təklifi uzun yoldan keçməlidir. Belə ki, həmin təklifi Avropa zirvəsi və Avropa parlamenti kimi qurumlar təsdiqləməlidirlər. Bu proses isə illər ala bilər.

 technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi