AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA-nın New Horizons kosmik aparatı Günəşdən artıq 7.5 milyard km məsafədə uzaqlaşıb

26.04.2021 / Xəbərlər

NASA agentliyi kosmosun incələnməsi sahəsində əldə olunmuş nadir nailiyyətlərdən birini elan edib. Belə ki, əsas məqsədi Plutonun incələnməsi olmuş New Horizons kosmik aparatı artıq Günəşdən 50 astronomik vahid məsafəsində uzaqlaşıb. Qeyd etmək lazımdır ki, 1 astronomik vahid Yer kürəsindən Günəşə qədər olan məsafəyə bərabərdir. Yer kürəsindən Günəşə qədər olan məsafə isə 149.597.870.700 km təşkil edir. Beləliklə nəticə etibarilə New Horizons kosmik aparatı Günəşdən 7.5 milyard km məsafədə uzaqlaşıb. New Horizons bu cür nailiyyəti əldə etmiş 5-ci kosmik aparatdır. Günəşdən daha uzaq məsafədə yerləşən planetlərarası kosmik aparatlar isə Pioner-10, Pioner-11, Voyager-1 və Voyager-2-dir

Bu cür hadisəni qeyd etmək üçün New Horizons bir neçə müddət bundan öncə Koyper qurşağında Voyager-1 aparatının yerləşdiyi yerin fotosunu çəkmişdi. Təbii ki, çəkilmiş fotoda Voyager-1-i aydın şəkildə görmək mümkün deyil. Lakin NASA radiometrik müşahidə vasitəsilə onun məhz orda yerləşdiyini dəqiq bilir. Qeyd etmək lazımdır ki, çəkiliş zamanı Voyager-1 aparatı New Horizons-dan 18 milyard km uzaqlıqda olub. Voyager-1 Günəşdən 152 astronomik vahid məsafəsində yerləşir. Bu isə təqribi olaraq 22.9 milyard km-dir. 19 yanvar 2006-cı ildə kosmosa göndərilmiş New Horizons dəfələrlə öz adını tarixə yazmağı bacarıb.

 2007-ci ilin fevral ayında Yupiter ətrafında qravitasiya manevrindən istifadə edərək kosmik aparat öz sürətini saatda 58.500 km-ə çatdırmışdı. Bunun sayəsində New Horizons indiyənə kim insanlıq tərəfindən yaradılmış ən sürətli obyekt adını qazanmışdı. 2015-ci ilin iyul ayında kosmik aparat Pluton sisteminin ilk müşahidəsini uğurla reallaşdırmışdı. Daha sonra o, Koyper qurşağına tərəf yol aldı və 2019-cu ildə qurşağın obyektini müşahidə etmiş ilk aparat oldu. Belə ki, aparat Transneptun obyektlər sinifinə daxil olan Arrokoth adlı asteroidi müşahidə etmişdi. Hal hazırda isə New Horizons aparatı Koyper qurşağındakı müşahidələrinə davam edir. Bu ilin yay fəslində mütəxəssislər aparata yenilənmiş proqram təminatını göndərəcəklər və bunun sayəsində onun müşahidə imkanları daha da genişlənəcək. Kosmik aparatda olan nüvə batareyası 2030-cu illərin sonuna kimi aparatın stabil çalışmasına yardımçı olacaq.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi