AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA YT Parkın rezidenti ilə İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

27.04.2021 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Zahir Nəsibov arasında görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd iki qurum arasında bir sıra elmi-texnoloji layihələrin yerinə yetirilməsinin müzakirəsi olub.

Əvvəlcə çıxış edən AMEA-nın müxbir üzvü Ə.Sadıqov Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün ölkəmizdə mühüm addımların atıldığını qeyd edib. O, bu prosesə AMEA tərəfindən böyük dəstək göstərildiyini, innovasiyayönümlü elmi tədqiqat işlərinin nəticələrinin yüksək texnoloji məhsulların istehsalında tətbiqinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

“Elm və Texnologiya Parkı” MMC-nin direktoru Z.Nəsibov rəhbərlik etdiyi qurumun rezidenti olduğu YT Parkda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya məhsullarının istehsalı, biliklərin kommersiyalaşdırılması istiqamətində onlara göstərilən dəstəkdən danışıb. Direktor elmin kommersiyalaşdırılması məqsədilə hər bir rezidentə böyük güzəştlər və üstünlüklər təklif edildiyini diqqətə çatdırıb.

Bildirib ki, bu güzəştlərdən yararlanan “Elm və Texnologiya Parkı” MMC tərəfindən İSİ-nin elmi dəstəyi ilə dron texnologiyalarının hazırlanması ilə bağlı innovativ layihənin icrası planlaşdırılır.

Sonda birgə yeni layihələrin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, görüşdə İSİ-nin Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev və “Elm və Texnologiya Parkı” MMC-nin baş mütəxəssisi Nadir Babaxanov da iştirak ediblər.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi