AMEA İdarəetmə Sistemləri İnstitutunun alimləri Beynəlxalq konfransda məruzə ilə çıxış etmişlər
29.04.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı laboratoriyasının əməkdaşları 22-29 aprel 2021-ci il tarixlərində Rusiyanın Omsk şəhərində Omsk Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə «Tətbiqi riyaziyyat və fundamental informatika» mövzusunda IX beynəlxalq elmi-praktiki konfransında iştirak etmişlər. Konfransın proqramına laboratoriyanın əməkdaşlarının 1 plenar və 8 seksiya məruzəsi daxil edilmişdir. Konfrans Online formatda Zoom platforması üzərində keçirilmişdir.
Konfransda 3.1 saylı laboratoriyasının rəhbəri AMEA-nın müxbir üzvü, prof. Kamil Ayda-zadə plenar məruzə etmiş, daha sonra «Riyaziyyat, tətbiqi riyaziyyat» seksiyasında r.ü.f.d., dos. Anar Rəhimov, r.ü.f.d., dos. Yeganə Əşrəfova və II kurs magistrant Pünar Quliyeva, «Riyaziyyat və kompüter modelləşdirməsi» seksiyasında e.i. Sona Rzayeva, «İnformasiya texnologiyaları və hesablama sistemləri» seksiyasında isə t.ü.f.d. Elşən Mustafayev və e.i. Aynur Əliyeva məruzə etmişlər. Məruzələr konfrans iştirakçılarının marağına səbəb olmuş, müxtəlif suallar verilmiş, müzakirələr aparılmışdır.
Konfransla ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq olar: