AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Konfransının açılış mərasimi keçirilib

29.04.2021 / Xəbərlər

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransının açılış mərasimi keçirilib.

Konfransın açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik İradə Hüseynova, “Baker Hughes” şirkətinin Rusiya və Xəzər regionunda neft yataqları xidmətləri üzrə vitse-prezidenti Tommy Kassem, “Kinetics Technology” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Niccolo Heilpern, BP şirkətinin baş geoloqu Arzu Cavadova, “SOCAR Polymer” MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi, BANM-in məzunu Bəxtiyar Allahverdiyev, “Halliburton” şirkətinin vitse-prezidenti Kolton Tomas çıxış edib.

Tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov da iştirak edib. Ümumilikdə, onlayn tədbirə 1000-ə yaxın iştirakçı qoşulub.

Konfransı giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq bu konfransın ənənəvi olaraq hər il BANM-də keçirildiyini vurğulayıb. E.Qasımov bildirib ki, 9 illik müddəti əhatə edən konfransın keçirilməsinin əsas məqsədi tələbələrdə elmə, elmi tədqiqat işlərinə maraq yaratmaq və bu sahədə onlar arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir.

SOCAR strukturuna daxil olan müəssisələrin rəhbərlərinin və media mənsublarının da qatıldığı konfrans öz işini ayrı-ayrı bölmələr üzrə 13-28 aprel tarixləri arasında davam etdirib.

Tezislər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,  Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Fransız Universitetinin, AMEA-ın Neft-Kimya Prosesləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiyalar, Polimer Materialları, Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, İdarəetmə Sistemləri institutlarının, eləcə də digər təhsil müəssisələrinin tələbələ və tədqiqatçıları tərəfindən təqdim olunub.  

Qeyd edək ki, İdarəetmə Sistemləri İnstitutunun gənc alimlərindən elmi işçi Puşnova Valeriya «Possibilities of organizing the Distributed Education Information System (DEIS) model», Nigar Alişzadə və Aytaç Mustafazadə dosent Gulchin Abdullayevanın rəhbərliyi ilə «Multi-agent approach in real-time decision-making systems», Rayihə Niyazova dosent Saqif Hüseynovun rəhbərliyi ilə «Verilənləri intervallar olan çanta məsələsinin bir innovativ həll üsulu» adlı məqalələrlə konfransda iştirak ediblər.

 

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi