Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
30.04.2021 / Dissertasiya şurasının iclasları30 aprel 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED1.19 dissertasiya şurasının 1208.01 – Ehtimal nəzəriyyəsi ixtisası üzrə Elmi Seminarın iclası keçirilmişdir. İclasda iddiaçı Nərminə Abdulla qızı Abdullayeva tərəfindən 1208.01 Ehtimal nəzəriyyəsi ixtisasısında Riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Xidmət anları tsiklik olan kütləvi xidmət sistemlərində idarəetmə məsələləri” mövzusundakı dissertasiyanın müzakirəsi baş tutub.
Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir. Qeyd edək ki, iclas xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər”-i əsasında keçirilmişdir.