Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
30.04.2021 / Dissertasiya şurasının iclasları29 aprel 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun genişlənmiş iclasında İsayev Məzahir Məhəmməd oğlunun texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 3337.01 – “İnformasiya˗ölçmə və idarəetmə sistemləri" ixtisası üzrə yerinə yetirdiyi “Neft hasilatı, ilkin hazırlanması, nəqli və saxlanılması proseslərinin yüksək dəqiqlikli informasiya˗ölçmə və idarəetmə kompleksinin işlənilməsi və tədqiqi” mövzusu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirildi.
Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, iclas xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər”ə uyğun olaraq keçirilmişdir.