Akademik Rasim Əliquliyev beynəlxalq konfransa əsas məruzəçi qismində dəvət olunub
05.05.2021 / XəbərlərAMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev 16-17 avqust 2021-ci il tarixlərdə Berlin şəhərində keçiriləcək Kibertəhlükəsizlik və Etik Hakinq üzrə Beynəlxalq Konfransa (“International Conference on Cyber Security &Ethical Hacking”) əsas məruzəçi kimi dəvət olunub.
Konfransın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdə müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu alim və mütəxəssisləri bir araya gətirməklə dünya səviyyəsində kibertəhlükəsizliyin təmin edilməsi üçün bilik, təcrübə və tədqiqatları paylaşmaq, eləcə də şəbəkə, cihaz və proqramların istənilən növ kiberhücumlardan qorunması və bərpa olunması vəziyyətini müzakirə etməkdir.
Tədbirin əsas istiqamətlərinə biometrik təhlükəsizlik, blokçeyn və tətbiqi kriptoqrafiya, kibercinayətkarlıq, bulud təhlükəsizliyi və virtuallaşdırma, mobil qurğuların və Əşyaların İnternetinin təhlükəsizliyi və s. aiddir.