AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Applied and Computational Mathematics” və TWMS Journal of Pure and Applied Mathematics” jurnallarının xüsusi buraxılışları işıq üzü görüb

07.05.2021 / Xəbərlər

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən akademik Fikrət Əliyev bildirib ki, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın və Təhsil Nazirliyinin birgə Tədbirlər planına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilən “Applied and Computational Mathematics” jurnalının “Fuzzy logic and its application to modelling epidemies: Co-ronavirus and beyond” mövzusunda, eləcə də “TWMS Journal of Pure and Applied  Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future” mövzusunda xüsusi buraxılışları nəşr olunub.

Alim bildirib ki, baş redaktorları akademiklər Əli Abbasov, Fikrət Əliyev və ukraynalı professor Vladimir Larin olan “Applied and Computational Mathematics” jurnalının xüsusi buraxılışı Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlı məqalələri özündə cəmləşdirib. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub.

Qeyd edək ki, buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

Fikrət Əliyev vurğulayıb ki, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının bu dəfəki xüsusi buraxılışında dərc olunan məqalələr Lütfi Zadə nəzəriyyəsi ilə bağlıdır.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə tanınmış alim İrina Perfiliyeva (Ostrava Universiteti, Çex Respublikası), digər dəvətli redaktorlar isə Didier Dubois (Paul Sabatier Universiteti, Toulouse, Franca), Etienne E.Kerre (Ghent Universiteti, Belçika), Uitold Perdiç (Faculty of Engineering – Electrical & Computer Engineering Dept, Kanada), Əli Abbasovdur (AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan).

Onun sözlərinə görə, adıçəkilən hər iki jurnalın xüsusi buraxılışlarının coğrafi arealı Fransa, Kanada, Polşa, ABŞ, Çex Respublikası, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Latviya, Belçika, Azərbaycan, Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran kimi ölkələri özündə birləşdirir.

 frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi