Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
18.05.2021 / Dissertasiya şurasının iclasları17 may 2021-ci il tarixində saat 15:00-da AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) iddiaçı Məmmədli Nigar Oqtay qızı tərəfindən 1203.01- “Kompüter Elmləri” ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən “Verilənləri intervallar olan qismən-tamədədli proqramlaşdırma məsələlərinin həll üsullarinin işlənməsi və tətqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçirildi.