AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çernobıl atom elektrostansiyasında nüvə reaksiyalarının güclənməsi müşahidə olunur

18.05.2021 / Xəbərlər

  Çernobıl atom elektrostansiyasının məhv olmuş dördüncü enerji bloku ilə birlikdə basdırılmış nüvə yanacağının tərkibində parçalanma reaksiyaları güclənməyə başlayıb. Çernobıl atom elektrostansiyasının məhv olmuş reaktorunu örtən xüsusi sarkofaqın altındakı vəziyyət bütün dünyadakı tədqiqatçıları narahat edir. Yaranmış problem ilə hal hazırda Böyük Britaniyanın Şeffild Universitetinin əməkdaşları məşğul olurlar. Alimlər bildiriblər ki, xüsusi böyük sarkofaq ilə əhatə olunmuş atom elektrostansiyasının daxilində gedən nüvə reaksiyalarının güclənməsi səbəbilə ikinci Çernobıl faciəsinin yaşanma riski böyükdür.

    Məlumatda qeyd edilib ki, uran yanacağının qalıqlarında parçalanma proesi bərpa olunur. “Bu, manqalda közərən kömür parçalarına bənzəyir” - deyə alimlərdən biri qeyd edib. Görünür, ukraynalı fiziklər reaksiyaların fərdi şəkildə dayanıb-dayanmayacaqlarını bilmirlər. Dayanmayacaqları halda ətraf mühit ilə əhalənin təhlükəsizliyi üçün vacib addımlar atmaq lazım olacaq. Neytronların artan aktivlikləri atom elektrostansiyasında quraşdırılmış xüsusi ötürücülər sayəsində qeydə alınıb. Bununla belə məlumatda qeyd edilib ki, yeni qəzanın baş verməmə ehtimalını 100% hesab etmək olmaz.

 Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Çernobıl atom elektrostansiyasında neytronların səviyyələrinin yüksəlməsi müşahidə olunmuşdu. Görünür, 35 il bundan öncə baş vermiş ilk qəza nəticəsində gedən zəncirvari reaksiya hələ də davam edir. Hələ ki, ciddi sızıntı müşahidə edilməyib. Məsələ burasındadır ki, proses çox ləng şəkildə gedir. Lakin prosesi daha da ləngitmək olmursa, deməli istiliyin ayrılması təhlükəsi yaranır. İstilik isə öz növbəsində ətrafındakı materialları əridə bilər. Bu halda radioaktiv elementlərin ətraf mühitə yayılması riski var. Alimləri daha çox narahat edən isə ətraf ərazilərdə olan qrunt suları ilə çaylardır.

technote.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi