AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İnformasiya əsasında çalışan mühərrikin prototipi yaradılıb

18.05.2021 / Xəbərlər

    Kanadalı alimlər heyrətləndirici sürətə sahib yeni mühərrik yaradıblar. Yaradılmış mühərrik yeni növ yanacaq əsasında çalışır. Söhbət, informasiyadan gedir. Bu mühərrik mikroskopik hissəciklərin xaotik titrəyişlərini enerjiyə çevirə bilir. Bu cür texnologiya sürətdə və kompüterlər ilə bionanotexnologiyaların qiymətlərində ciddi inkişafa səbəb ola bilər. İnformasiyanın enerjiyə çevrilməsi prinsipinin başa düşülməsi isə real informasiya mühərriklərinin yaradəlmasına yol aça bilər. Bu barədə Phys.org saytı xəbər verib. Bu cür mühərriklər hələ 150 il bundan öncə təklif olunmuşdular. Lakin onların yaradılması yalnız bir neçə müddət bundan öncə mümkün olub.

Son illərdə aparılmış təcrübələr onu göstəriblər ki, əgər mühərrik ətraf mühitdəki informasiyanı əldə edərək onu faydalı işə çevirə bilirsə, termodinamikanın ikinci qanunu tərəfindən təyin olunmuş sərhədi keçmək mümkündür.

    Belə mühərrikləri informasiya ilə termodinamika arasındakı fundamental əlaqə sayəsində reallaşdırmaq olar. “Biz, informasiya əsasında çalışan mühərrikin nə qədər sürətlə çalışdığını və nə qədər enerji əldə etdiyini öyrənmək istəyirdik. Buna görə də biz belə bir mühərrik yaratdıq” - deyə alimlərdən biri qeyd edib. Mühərriki sistematik analiz edərək və ona uyğun ayarları təyin edərək alimlər onun performansını 10 dəfə yüksəldə biliblər. Yaradılmış informasiya mühərriki suya salınmış mikroskopik hissəcikdən və hərəkətli platformaya bərkidilmiş yaydan ibarətdir. İstilik hərəkəti hissəciyi aşağı və yuxarı istiqamətlərə hərəkət etməyə məcbur edir.

Alimlər hissəciyin yuxarı istiqamətə hərəkətini təyin edən zaman onlar hərəkətli platformanı da yuxarı istiqamətə hərəkət etdirirlər. Hissəciyin aşağı istiqamətə hərəkəti təyin edildikdə isə alimlər gözləmə halında olurlar. Bu üsul ilə bütün sistem yalnız hissəciyin vəziyyəti barəsində olan informasiyadan istifadə edir. Bu prosesi təkrar etməklə mühərrik hissəciyi yüksək hündürlüyə qaldırıb və müvafiq olaraq hissəciyi bilavasitə itələmədən qravitasiya enerjisinin böyük hissəsini qoruyub saxlaya bilib. Mühərrik sadəcə olaraq təsadüfi temperatur titrəyişləri barəsində olan informasiyadan faydalı iş əldə edərək hissəciyi bir nöqtədən digərinə hərəkət etdirib.

    Sistemin nəzəri analizini aparan zaman alimlər hissəciyin kütləsi ilə yuxarı istiqamətə qalxmanın ortalama zamanı arasında maraqlı nisbətə rast gəliblər. Daha ağır hissəciklər daha çox qravitasiya enerjisi yığa bilirlər. Buna görə də onların hündürlüyə qalxmaları bir qədər uzun zaman alır. Bu kəşfdən istifadə edərək onlar informasiya mühərrikinin özəlliklərini optimizasiya ediblər. Nəticədə alimlər canlı hüceyrələrin molekulyar aparatları ilə müqayisə olunacaq güc və sürətlə üzən bakteriyalar ilə müqayisə olunacaq sürət əldə edə biliblər.

 technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi