AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər Nikola Teslanın ixtira etdiyi klapanın iş prinsipini aydınlaşdırıblar

18.05.2021 / Xəbərlər

ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, Nikola Teslanın 1916-cı ildə ixtira etdiyi əks klapan maye daxilindəki axına turbulentliyin xüsusi təsiri səbəbindən suyu yalnız bir istiqamətdə məhdudiyyətsiz uzun müddət buraxmağa qadirdir. Bu klapanın iş prinsiplərinın müəyyən olunması onun əsasında pompa hazırlanmasına kömək edəcək.

 TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə Nyu-York Universitetinin mətbuat xidməti məlumat yayıb. Universitetin dosenti Leyf Ristofun sözlərinə görə, yüz ili tamam olmuş bu ixtiranın necə işlədiyini tədqiqatçıların indiyədək tam şəkildə anlamadıqları və bu səbəbdən də onu elmin və texnikanın hansı sahələrində tətbiq etməyin mümkünlüyünü bilmədikləri son dərəcə təəccüblüdür. Teslanı çox vaxt elektrik aləminin sehrbazı hesab edirlər. Lakin onun maye axınlarının idarə edilməsi ilə bağlı elmi işləri də önəmlidir.

“Tesla klapanı” içərisində çoxsaylı “qolu” və yan keçidləri olan qeyri-adi formaya malik (içi yolkaya bənzəyir) borudur. Belə quruluş sayəsində su onun içində çoxsaylı “döngə” və “ada”lardan keçir. 1916-cı ildə Teslanın aşkar etdiyi kimi, bu cür struktur suyu yalnız bir istiqamətdə axmağa yönəldir. Digər əks klapan növlərindən fərqli olaraq, belə quruluş yaydan, porşendən və digər mexaniki komponentlərdən istifadə olunmasını tələb etmir. Bunun nəticəsində məhdudiyyətsiz uzun müddət işləyə bilər, onun konstruksiyası üçün isə böyük cəhd göstərmək lazım deyil. Bu səbəbdən də “Tesla klapanları” hazırda mikronasosların və maye axınları ilə idarə olunan digər miniatür qurğuların yaradılmasında istifadə olunur.

Leyf Ristof qeyd edir ki, bu qurğunun dəqiq prinsipləri son dövrlərə qədər fiziklər və riyaziyyatçılar üçün müəmmalı olaraq qalmışdı. Nyu-Yorkdan fiziklər və riyaziyyatçılar onun iş mexanizmini açıblar. Onlar laboratoriyada bənzər klapanın surətini yaradıblar və onun içindən suyun müxtəlif sürətlərdə, təzyiqlərdə və axının digər parametrlərində necə hərəkət etdiyini izləyiblər.

Bu təcrübələr, habelə sonrakı nəzəri hesablamalar göstərdi ki, “Tesla klapanı” özünü, vəziyyəti mayenin daxilində turbulentliyin səviyyəsinin nə dərəcədə yüksək olmasından asılı olan özünəməxsus dövrədəyişən kimi aparır. Maye kifayət qədər asta və nizamlı axanda Teslanın ixtirası onu hər iki tərəfə buraxaraq, mayenin hərəkətinə mane olmur. Leyf Ristof və onun həmkarları aşkar ediblər ki, əgər elə bu göstərici müəyyən kritik məqama yüksələrsə, klapan suyu əks tərəfə buraxmayacaq, yəni turbulentliyin yüksək səviyyəsi Tesla ixtirasının yan kanallarında suyun hərəkətinə mane olur.

Leyf Ristofun sözlərinə görə, müşahidələr göstərdi ki, klapanın daxilində turbulentlik istənilən formalı normal trubalardan əhəmiyyətli dərəcədə tez meydana gəlir. Bu fenomen maye axınlarının hərəkətini çox çevik idarə etməyə imkan yaradır.

Alimlər Tesla ixtirasının bu xüsusiyyətindən avtomobil mühərriklərinin və sənaye qurğularının doğurduğu vibrasiyalardan istifadə edə bilən müxtəlif pompaların yaradılmasında, yanacaq, soyuducu maye, digər qaz və mayeləri çəkən nasosların hazırlanmasında istifadə etməyi təklif edirlər. Bu, onların konstruksiyasını xeyli sadələşdirəcək, iş müddətini artıracaq.

azertag.az       

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi