AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər ağciyər xərçənginin yaranma ehtimalını flüoroqrafiya üzrə hesablayan neyroşəbəkə yaradıblar

19.05.2021 / Xəbərlər

Niderland və Danimarka alimləri ağciyər xərçənginin yaranma riskini flüoroqrafiya və ya kompüter tomoqrafiyasının köməyilə əldə edilmiş şəkillər üzrə dəqiq müəyyənləşdirə bilən yeni süni intellekt sistemi yaradıblar.

Radbud Universitetinin (Niderland) elmi işçisi Kiran Venkadeşin sözlərinə görə, yeni alqoritm radioloqlara aşkar etdikləri ağciyər düyünlərində bədxassəli şişlərin yaranması təhlükəsini dəqiq qiymətləndirməyə kömək edəcək. Bu, onlara xərçəngin sonrakı diaqnostikasını keyfiyyətli aparmağa imkan yaradacaq.

K.Venkadeş və onun həmkarları tomoqrafiyanın nəticələrində və ya flüoroqrafik şəkillərdə anomaliyaların axtarışı, eləcə də normadan kənara çıxma hallarının pasiyentin ağciyərində bədxassəli şişləri necə yaratdığını müəyyənləşdirən süni intellekt sistemi yaradıblar.

Alimlər neyroşəbəkənin təlimi üçün 16 mindən çox ağciyər düyününün olduğu bir neçə min ağciyər təsvirindən ibarət baza hazırlayıblar. Bir qayda olaraq, ağciyər düyünləri özlüyündə xoşxassəli şişlərdir, lakin 20 faiz halda bədxassəli şiş meydana gəlir.

Yeni neyroşəbəkə ağciyər düyünlərinin hər iki növünü seçib-ayıra bilib, xərçəngin yaranma ehtimalını 82-93 faiz dəqiqliklə qiymətləndirib və bununla da müvafiq sahədə qəbul edilmiş 11 eksperti üstələyib. Bu, sözügedən süni intellekt sistemindən pulmonoloqların, onkoloqların və radioloqların köməkçisi qismində istifadə edilməsinə imkan yaradır. Belə ki, sistem onların əldə etdikləri nəticələri müstəqil şəkildə yoxlayacaq.

Alimlər neyroşəbəkəyə müxtəlif vaxtlarda əldə edilmiş şəkilləri müqayisə etmək imkanını əlavə etməklə, onun işini daha da yaxşılaşdırmağı planlaşdırırlar. Onların fikrincə, bu əlavələr sistemin işində dəqiqliyi xeyli dərəcədə yüksəldəcək və təkrar müayinələrin keçirilməsi zəruriliyinin müəyyənləşdirilməsi üçün süni intellektdən istifadə edilməsinə imkan yaradacaq.

AzərTac

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi