Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
19.05.2021 / Dissertasiya şurasının iclasları18 may 2021-ci il tarixində saat 11:00-da AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) iddiaçı Nəsibzadə Vüsalə Nazim qızı tərəfindən 1203.01 “Kompüter elmləri” ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “İkitərtibli hiperbolik tənliklər üçün bəzi tərs məsələlərin optimallaşdırma üsulları ilə tədqiqi və onların həll alqoritmləri ” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.
Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçirildi.