AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

21.05.2021 / Xəbərlər

AMEA Rəyasət Heyətinin qərarına əsasən, bu ilin noyabr ayında akademiyanın İqtisadiyyat İnstitutunun və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunan “Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti İqtisadiyyat İnstitutunda akademik Ziyad Səmədzadənin iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə və 80 illik yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsi haqqında 16 iyul 2020-ci il tarixli qərar qəbul edib. Bundan irəli gələrək sessiyanın keçirilməsi üçün İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə Təşkilat Komitəsi və Redaksiya Heyəti yaradılıb (sədr müavini Sakit Yaqubov, məsul katibi Tanrıverdi Paşa).

Konfransa təqdim olunacaq məqalə və tezislərin kitab şəklində dərci nəzərdə tutulur. Elmi sessiya aşağıdakı bölmələr üzrə baş tutacaq:

- Dayanıqlı inkişafın nəzəri-metodoloji məsələləri;

- Azərbaycanın iqtisadi inkişaf modeli;

- Azərbaycanda iqtisadi artım və ictimai rifah;

- Post-neft iqtisadiyyatının inkişaf istiqamətləri;

- Qarabağın iqtisadi dirçəlişi;

- Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi (fiskal və monetar tənzimləmə, investisiya və innovasiya siyasəti, aqrar siyasət və ərzaq təhlükəsizliyi, demoqrafik siyasət);

- İqtisadiyyatın sektorial və ərazi strukturunun təkmilləşdirilməsi.

Məqalə və ya tezislər 15 iyul 2021-ci ilədək Azərbaycan, rus, türk və ingilis dillərinin birində İqtisadiyyat İnstitutunun əməkdaşı Tanrıverdi Paşaya ([email protected], [email protected]) göndərilməlidir.

Məqalə və ya tezislərin tərtib olunması qaydaları:

- Məqalənin, tezislərin başlığı, müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, əlaqə telefon nömrəsi və elektron ünvanı ayrıca təqdim edilməlidir;

- Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, 1,5 intervalla, abzas 1,25 yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm) boşluq buraxılmalıdır;

- Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə, təşkilatın adı adi şriftlə yazılmalıdır;

- Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə olmalıdır. Məqalələrə “Xülasə”, “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır. Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır;

- Tezislər 3 səhifədən artıq olmamalıdır.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələri qəbul etməyə bilər.

Tel.: (+994 12) 510 37 92 (əlavə 135), (+994 50) 352 32 60

science.gov.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi