AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çinin Zhurong adlı aparatı Mars səthindən ilk fotolarını Yer kürəsinə göndərib

21.05.2021 / Xəbərlər

    15 may tarixində Çin Kosmik Agentliyinin Tianwen-1 adlı kosmik aparatı uğurla Mars səthinə eniş etmişdi. Kosmik aparat planetin şimal yarımkürəsində yerləşən Utopiya adlı düzənliyinin cənub hissəsinə eniş edib. Qeyd etmək lazımdır ki, kosmik aparatın daxilində Zhurong adlı 6 təkərli müşahidə aparatı da var. Beləliklə sözügedən aparat Mars səthində çəkdiyi ilk fotoları Yer kürəsinə göndərib. Aparat ümumilikdə 2 foto göndərib. Onlardan biri rəngli, digəri isə ağ-qaradır. Rəngli foto aparatın naviqasiya kamerası vasitəsilə çəkilib. Həmin fotoda aparatın Günəş panellərini və anten qurğusunu görmək olar. Ağ-qara foto isə aparatın ön kamerası vasitəsilə çəkilib. Bu kamera aparatın önündə ola biləcək maneələri təyin etmək üçün nəzərdə tutulub.

Ağ-qara fotoda əks olunmuş 2 ədəd uzun parça səthi radarlardan ibarətdir və həmin radarlar ətraf mühit barəsində daha geniş məlumat əldə etmək imkanını verirlər. Aparatın ön kamerasında böyük genişbucaqlı obyektivdən istifadə olunur. Buna görə də təsvir təhrif olunur və uzaq üfüqdə qövs əmələ gəlir. Aparat eniş platformasından çıxmağa və Mars səthini analiz etməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, Tianwen-1 missiyası özündə orbital gəmini, eniş platformasını və Zhurong müşahidə aparatını birləşdirir. Missiyanın əsas öhdəliklərinə isə Marsın geoloji struktur xəritəsinin yaradılması, səth layının özəlliklərinin analizi və onun tərkibində buz halında suyun olub-olmadığının öyrənilməsi, planetin səthində olan materialların tərkiblərinin analizi, planetin ionosferinin özəlliklərinin ölçülməsi, elektromaqnit və qravitasiya sahələri ilə iqlim məlumatlarının əldə olunması daxildir.

technote.az

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi