AMEA İdarəetmə Sistemləri İnstitutunun magistrantının məruzəsi sertifikata layiq görülüb
21.05.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun Riyaziyyat ixtisası üzrə II kurs magistrantı Rayihə Niyazova 27-28 aprel 2021-ci il tarixlərində Bakı Ali Neft Məktəbində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların 2-ci Beynəlxalq Elmi Konfransında iştirak etmişdir. Konfrans online formatda Zoom platforması üzərində keçirilmişdir.
Rayihə Niyazovanın “Verilənləri intervallar olan çanta məsələsinin bir innovativ həll üsulu” adlı məruzəsi sertifikata layiq görülmüşdür.