AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

TSMC şirkəti 1 nanometrlik texnoloji prosesi yaratdığını elan edib

24.05.2021 / Xəbərlər

 Tayvanın TSMC şirkətinin təmsilçiləri elan ediblər ki, onlar uğurlu şəkildə 1 nanometrlik texnologiyanı yaradıblar. Perspektiv cəhətdən bu texnologiya prosessorların istehsalında istifadə olunacaq. Sözügedən texnologiya üzərində amerikalı və tayvanlı mütəxəssislər bir yerdə çalışırlar. TSMC şirkətinin Massaçusets Texnologiya İnstitutu, Berkli Kaliforniya Universiteti, Tayvan Milli Universiteti və digər təşkilatlar ilə əməkdaşlığı çərçivəsində xüsusi komponent aşkar edilib və həmin komponent 1 nanometrlik prosessorların istehsalında aparıcı rol oynayacaq.

   Söhbət bismut elementindən gedir. Onun istifadəsi öz növbəsində yeni nəsil prosessorların performanslarını və enerji effektivliklərini yüksəltməyə imkan verəcək. Təcrübi nümunə qismində molibden sulfidi əsasında hazırlanmış ikiölçülü yarımkeçiricidən istifadə olunub. Onun bismut ilə kontaktı zamanı materiallar arasında elektrik cərəyanı keçiriciliyinə mane ola biləcək energetik baryer yaranmayıb. Tədqiqatçılar bildiriblər ki, bu cür kontruksiya n növünə aid olan yeni nəsil tranzistorların yaradılması üçün uyğundur. Təbii ki, 1 nanometrlik prosessorların istehsalından hələki söhbət getmir.

    Belə ki, p növünə aid uyğun tranzistorlar hələ yaradılmayıb. Kristal üzərində tranzistorların yerləşdirilmə sıxlığını yüksəltmək hesabına TSMC şirkəti prosessorun performans göstəricisini aşağı salmadan yekun cihazın daha uzun müddət çalışmasına nail ola bilər. Təəssüflər olsun ki, şirkət 1 nanometrlik texnoloji proses əsasında hazırlanacaq ilk prosessor nümunələrinin istifadəyə verilməsi məsələsində heç təqribi müddət də qeyd etməyib. Məlum olan odur ki, 2022-ci ilin ikinci yarısında şirkət 3 nanometrlik prosessorların istehsalına start verməyi planlaşdırır.

 technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi