AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Laboratoriyada yaradılmış ürək orqanoidi həqiqi olduğu kimi döyünür

24.05.2021 / Xəbərlər

Avstriya Elmlər Akademiyasının Molekulyar Biotexnologiyalar İnstitutunun əməkdaşları ürək orqanoidi yaradıblar. Bununla bağlı “Cell” jurnalında dərc edilmiş məqalədə təsvir olunan ürək orqanoidi embrional inkişafın 25-ci gününə uyğun gəlir.

“Nauka i jizn” saytına istinadla xəbər verilir ki, bu mərhələdə ürəkdə cəmi bir kamera olur. Buna baxmayaraq, ürək divarları lay-lay düzülmüş müxtəlif növ hüceyrələrdən ibarətdir: kardiomiosit (əzələ yığılma hüceyrələri), epitel hüceyrələri, birləşdirici toxuma fibroblastları. Onların yetişdirildiyi kök hüceyrələr müxtəlif konsentrasiyada xüsusi zülal siqnalları ilə emal olunub. Nəticədə kök hüceyrələrin lazımi zaman ardıcıllığında və lazımi məkan sırasında ixtisaslaşmış hüceyrələrə çevrilməsinə nail olunub.

Ölçüsü təxminən 2 millimetr olan ürək kamerası, əsl embrionda olduğu kimi, dəqiqədə 60-100 ritm ilə yığılıb. O, üç aydan çox döyünüb ki, bu da tədqiqatçılara embrional inkişafın gedişində ürəyin necə yarandığına və zədələnməyə necə reaksiya verdiyinə dair bir neçə vacib məqamı müşahidə etməyə imkan yaradıb. Məsələn, zədələnmiş ürək toxumalarında fibroblastların özünü necə apardığını görmək mümkün olub. Məməlilərin dölündə və yeni doğulanında ürək bərpa edilə bilər, lakin dərhal da bu qabiliyyəti itirir.

Buna görə də böyüklərdə infarktdan sonra məhv olmuş kardiomiositlər yeniləri ilə deyil, birləşdirici toxumalarla əvəzlənir. Alimlər ürək orqanoidində birləşdirici toxuma hüceyrələrinin davranışını müşahidə etməklə, ola bilsin gələcəkdə yetkin insanlarda ürək əzələsinin bərpası yolunu tapa bilərlər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi