AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Neyrobioloqlar: Beyin dil və əllərin səhv hərəkətini eyni neyron zənciri ilə düzəldir

24.05.2021 / Xəbərlər

Neyrobioloqlar dilin hansı neyron zəncirləri ilə, eyni zamanda, necə idarə olunduğunu çoxdan anlamağa çalışırlar. Problem ondadır ki, dil xırda hərəkətləri çox tez yerinə yetirir - onu izləmək çətindir.

“Nauka i jizn” saytına istinadla xəbər verilir ki, Kornell Universitetinin əməkdaşları siçanın borucuqdan su içməsini təfərrüatı ilə videoya çəkməyi bacarıblar. Süni intellektin yüksəksürətli çəkilişinin və üçölçülü modelləşdirmənin köməyilə alimlər dilin kənarlarının, onun aşağı səthinin və kökünün necə dəyişdiyini görə biliblər. Məlum olub ki, dil müntəzəm hərəkət edir və adi videoçəkilişdə görünmür. Bu korreksiyaedici hərəkət dildən hər hansı damcı sürüşdükdən sonra (məsələn, siçan hərəkətini hesablamayaraq damcıya çata bilməyəndə, yaxud tədqiqatçılar içində su olan borucuğu siçandan uzaqlaşdıranda) başlayır.

Siçan sadəcə suyu içməyib – eyni vaxtda onun beyinində əzələlərin fəaliyyətinin asılı olduğu bu və ya digər nahiyələrin aktivliyini idarə etmək mümkün olub. Əgər siçanlarda iradi hərəkətlər üçün lazım olan beyin mərkəzinin aktivliyi dayandırılıbsa, dilin korreksiyaedici hərəkəti yoxa çıxıb. Yəni dilin düzgün işləməsi üçün onun səhvlərini düzəldən nəzarətedici iradə lazımdır.

“Nature” jurnalında qeyd edilir ki, siçanlarda dilin hərəkətini korreksiya edən eyni neyron zənciri primatlarda da işləyir. Yalnız primatlarda həmin neyron zənciri əl hərəkəti ilə əlaqədə öyrənilib. Ümumiyyətlə, dilin hərəkətində olduğu kimi, eyni proses əl ilə də baş verir: əgər meymun nəyisə tutmaq istəyirsə, lakin bunu necə etməyi tam başa düşmürsə, yaxud bu, onda ilk hərəkətdən alınmırsa, məqsədə çatana qədər hərəkəti korreksiya etmək lazım gəlir.

Əsas eksperiment də bundadır – tədqiqatçılar göstəriblər ki, hərəkətlərin korreksiyasını istər əllərin əzələlərində, istərsə də dilin əzələlərində eyni neyron mərkəzi yerinə yetirir. Demək olar ki, beyin dili əllər kimi idarə edir (hərçənd yığılma və boşalma üçün adi, korreksiyaedici siqnal verməyən neyronların əl və dil üçün fərqli olduğu aydın görünür).

Lakin dil digər işlər də görür. Yəni dil təkcə siçan su içəndə hərəkət etmir, həmçinin çeynəməyə, müxtəlif səslər çıxarmağa kömək edir. Alimlərin fikrincə, bu və digər hallarda korreksiyaedici hərəkəti izah etmək maraqlı olardı; bəlkə bu hərəkətlər üçün ayrıca korreksiyaedici mərkəz var, bəlkə də onları eyni neyron zənciri idarə edir.

 azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi