AMEA-nın Ümumi yığıncağı keçiriləcək
25.05.2021 / Xəbərlər27 may 2021-ci il tarixində saat 12:00-da AMEA-nın Rəyasət Heyətinin Böyük konfrans zalında hibrid rejimdə Akademiyanın 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçiriləcək.
Tədbirdə AMEA-nın həqiqi üzvləri fiziki, müxbir üzvləri və digər dəvət olunan şəxslər isə onlayn rejimdə iştirak edəcəklər.
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30