AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Amerikalı alimlər Morpheus adlı hack edilməsi mümkün olmayan prosessor yaradıblar

26.05.2021 / Xəbərlər

Mühəndislər yeni kompüter prosessoru yaradıblar və həmin prosessor hər bir neçə millisaniyə ərzində öz mikroarxitekturasını təsadüfi şəkildə dəyişir. Morpheus adı ilə tanınan bu prosessor yüzlərlə professional hackerin kiberhücumlarından yan keçərək DARPA-nın (ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi) ilk ciddi testlərini geridə qoyub. 2017-ci ildə DARPA Miçiqan Universitetinin Morpheus adlı layihəsini dəstəkləmişdi və bu layihəyə 3.6 milyon dollar vəsait ayrılmışdı. Beləliklə 4 ildən sonra bu prosessor artıq hazırdır və aktiv şəkildə testlərdən keçir.

    2020-ci ilin 4 ayı çərçivəsində DARPA Finding Exploits to Thwart Tampering (FETT) adlı proqramı işə salmışdı. Təhlükəsizliik sahəsində fəaliyyət göstərən 525 nəfər professional mütəxəssis bu proqram çərçivəsində Morpheus və digər prosessorlara qarşı mübarizə aparmalı idilər. Proqramın əsas məqsədi isə yeni təhlükəsizlik sistemlərinin test olunması idi. Yeni təhlükəsizlik sistemləri elə təchizatlara quraşdırılmışdı ki, onların əsasında olan proqram təminatlarının kiberhücumlara nə dərəcədə həssas olmalarından asılı olmayaraq həmin təchizatlar məlumatların qorunmasını təmin edə bilsinlər.

Morpheus elə modelləşdirilmişdi ki, o, çoxlu sayda boşluğa sahib proqram təminatlı tibbi məlumatlar bazasını xatırlatsın. Lakin buna baxmayaraq heç bir kiberhücum onun təhlükəsizlik sistemindən keçə bilmədi.

    Faktiki olaraq səhvsiz proqram təminatı anlayışı yoxdur və bir çox hallarda həmin səhvlər hackerlər tərəfindən istifadə olunur. Bu və ya digər proqram təminatının tərtibatçıları adətən həmin səhvlər aşkar olunduğu zaman onları aradan qaldıra bilirlər. Bu isə çox zaman kiberhücumlardan sonra baş verir. Nəticədə hackerlər digər sistem boşluğuna keçid etməli olurlar. Bir sözlə bu dövr beləcə təkrar olunur. Bir neçə müddət bundan öncə kompüter sahəsində fəaliyyət göstərən alimlər anlamağa başladılar ki, təhlükəsizliyin təmin olunmasında təchizat böyük rol oynaya bilər. Belə ki, zərərli proqram təminatlarını yaratmaq üçün hackerlər prosessorun mikroarxitekturasını anlamalıdırlar. Məhz bundan sonra onlar zərərli kodu dəqiq şəkildə hara inteqrasiya edəcəklərini öyrənmiş olurlar.

Beləliklə hardware səviyyəsində sistemin bloklanması bu məsələyə bir dəfəlik son qoya bilər.

    Bu, Morpheus-un əsasında yerləşən dizayn fəlsəfəsi idi. Faktiki olaraq prosessor məlumatların formatı, tərkibi və yeri kimi vacib informasiyanı şifrələməyə başlayr. Lakin bu, kifayət etmir. Belə ki, hacker bu şifrəni bir neçə saat ərzində hack edə bilər. Məhz bu məsələdə Morpheus adlı prosessorun unikallığı ortaya çxır. Belə ki, prosessorun sistemi hər 100 millisaniyə ərzində şifrələməni bir növ qarışıq salır. Beləliklə əgər hacker hansısa üsul ilə prosessorun bütöv təsvirini əldə etsə də bu ona yardımçı olmayacaq. Belə ki, hacker öz işinə başlamazdan öncə sistem prosessor təsvirini tamamilə dəyişəcək.

    “Kubik rubiki yığmaq prosesini təsvir edin. Siz hər dəfə gözlərinizi qırpdığınız zaman onun üzərindəki xanaların yerləri dəyişir. Morpheus məsələsində hackerlər məhz bu cür proseslə mübarizə aparırlar. Bu, kompüteri sarsılmaz tapmacaya çevirir” - deyə mütəxəssislərdən biri qeyd edib. Morpheus-un əsas mənfi cəhəti ondan ibarətdir ki, o özünə ekvivalent ola biləcək digər sistemdən 10% daha ləng çalışır. Lakin mütəxəssislərin fikirlərinə əsasən hack olunması mümkün olmayan prosessor üçün bu, ideal kompromisdir. Növbəti mərhələdə Morpheus komandası bu texnologiyanı geniş miqyasda istifadə üçün adaptasiya edəcək ki, o, bulud sistemlərdə olan məlumatları qoruya bilsin.

 technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi