
Dissertasiya işinin müdafiəsi keçirilmişdir
27.05.2021 / Dissertasiya şurasının iclasları
26 may 2021-ci il tarixində saat 14:00-da AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) iddiaçı Yeganə Ramiz qızı Əşrəfova tərəfindən 1203.01- “Kompüter Elmləri” ixtisası üzrə riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən “Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin ədədi həll üsullarının işlənməsi və tətbiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirildi və Dissertasiya şurasının qərarı ilə Əşrəfova Yeganə Ramiz qızına riyaziyyat elmləri doktoru adı verildi.
Qeyd edək ki, müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçirildi.


