AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Microsoft şirkəti kodu avtomatik şəkildə tərtib edən süni zəka əsaslı platformasını təqdim edib

27.05.2021 / Xəbərlər

 Microsoft şirkətinin tədqiqatçıları OpenAI təşkilatının GPT-3 adlı aləti əsasında yaradılmış yeni platformanı təqdim ediblər. Sözügedən platforma kodun istifadəsinə ehtiyac duymadan saytların, tətbiqlərin və alqoritmlərin yaradılması imkanını verir. Bunun üçün bütün sorğuları sadəcə olaraq təbii dildə qeyd etmək lazımdır. Keçən ilin sentyabr ayında Microsoft şirkəti OpenAI təşkilatı tərəfindən yaradılmış GPT-3-ün əsasında olan texnologiyanın lisenziyasını almışdı. Qeyd etmək lazımdır ki, GPT-3 süni zəka üçün nəzərdə tutulmuş dil alətidir. İndi isə Microsoft sözügedən texnologiyanın ilk kommersiya məqsədli istifadəsini mümkün edən platformanı anons edib.

    Belə ki, təqdim olunmuş PowerApps adlı platformanın köməkçi funksiyası təbii dili hazır koda çevirir. Bu funksiya əhatə dairəsi məsələsində məhdudlaşdırılıb və yalnız Microsoft Power Fx-də formulların yaradılması imkanını verir. Qeyd etmək lazımdır ki, Microsoft Power Fx Microsoft Excel formulları əsasında yaradılmış sadə proqramlaşdırma dilidir və əsasən məlumatlar bazası üçün sorğuların göndərilməsində istifadə olunur. Lakin o, kodun avtomatik olaraq tərtib edilməsi aləti kimi çıxış edərək yeni proqramçılar üçün machine learning-in bütün potensialını sərgiləyir.

“Rəqəmsal həllər üçün böyük tələbat var. Lakin bu məsələdə tərtibatçıların çatışmazlığı müşahidə olunur. Təkcə ABŞ-da milyonlarla tərtibatçı çatışmır. Buna görə də bütün dünyaya kodlaşdırmağı öyrətmək əvəzinə adi insanların dillərindən anlayacaq tərtibatçılıq mühitini nəyə görə yaratmayaq?” - deyə məlumatda qeyd edilib.

    Microsoft artıq uzun illərdir ki, özünün Power Platform adlı platformasını yaratmaqla məşğuldur. Bu, korporativ müştərilər üçün nəzərdə tutulmuş və kodun istifadəsini məcbur etməyən proqram təminatlarından ibarət platformadır. Bu proqram təminatları veb tətbiqlər kimi çalışırlar və təcrübəli proqramçıları işə götürmək imkanına sahib olmayan şirkətlərə analitika, məlumatlarn vizualizasiyası və iş proseslərinin avtomatlaşdırılması kimi rəqəmsal tapşırıqları həll etməkdə yardımçı olurlar. Power Platform-da yaradılmış tətbiq elementlərinin (məsələn rəqəmsal düymə) tətbiq üzrə yerlərini dəyişmək mümkündür.    

    Bu proses PowerPoint-də çalışmağı xatırladır. Lakin istifadəçilər tərəfindən məlumatlar bazasına konkret sorğuların göndərilməsi kimi menyuların yaradılması üçün Microsoft Power Fx formulları şəklində təməl kodlaşdırma bacarıqları lazım olacaq. İstifadəçilərə Power Fx-dəki məlumatlar bazasına sorğu göndərməyi öyrətmək əvəzinə Microsoft şirkəti PowerApps-i yeniləyir. Yenilənmə sayəsində istifadəçilər öz sorğularını təbii dildə qeyd edə biləcəklər. GPT-3 texnologiyası isə həmin sorğuları hazır koda çevirəcək. Nəticədə istifadəçilərin üsusi bacarıqlara sahib olmalarına ehtiyac qalmayacaq.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi