AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantlarının magistrlik dissertasiyalarının ilkin müzakirəsi keçirilmişdir

27.05.2021 / Xəbərlər

25-27 may 2021-ci il tarixlərində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 060501 – “Riyaziyyat”, 060509 – “Kompüter elmləri” və 060628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan II kurs magistrantların magistrlik dissertasiyalarının ilkin müzakirəsi keçirilmişdir.

3.5 saylı “Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə” laboratoriyasının online iclasında Gülşən Fərəcova “Dəyişən şərtlərə uyğun olaraq optimal həllin dəqiqləşdirilməsi alqoritmlərinin işlənilməsi”; 3.1 saylı “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının online iclasında Pünar Quliyeva “Ekspert verilənləri əsasında müxtəlif növ mənsubiyyət funksiyalarının qurulması və analizi üçün alqoritmlərin və proqram təminatının işlənilməsi”; 1.2 saylı “Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri”, 1.7 saylı “İnformasiyanın intellektual emalı sistemləri”, 1.9 saylı “Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri” və 3.3 saylı “Texniki obyektlərin modelləşdirilməsi” laboratoriyalarının birgə iclasında Gülşad Əliyeva “Bir sıra tətbiqi məsələlərin həlli sahəsində ekspert biliklərinin kompilyasiyası məqsədi ilə neyro-fuzzy platformasının işlənilməsi”, Şəkər Süleymanova “İnvestisiya layihələrinin kompleksli analizi və qiymətləndirilməsi üçün qeyri-səlis üsulların, vasitələrin və alqoritmlərin işlənilməsi”, Aytac Mustafazadə “Çoxparametrli məsələlər üçün multiagent sistemində reaktiv agentin işləmə alqoritminin araşdırılması”, Leyla Nəsirli “Neft quyularının hasilatına distansiyon nəzarət sisteminin radio rabitə vasitəsi ilə informasiya mübadiləsi alqoritmlərinin və proqram təminatının  işlənilməsi”, Elşən Tağıyev “Neftçıxarma obyektlərinin nəzarət və idarəetmə sistemlərində verilənlərin kontrollerlər vasitəsilə məsafədən mübadiləsi üçün alqoritmlərin və proqram vasitələrinin işlənilməsi”; 2.5 saylı “Diskret optimallaşdırılma modelləri və üsulları” laboratoriyasının iclasında Rayihə Niyazova “Verilənləri intervallar olan çanta məsələlərinin innovativ həll üsullarının işlənilməsi” və Bəyaz Əhmədova “Çanta məsələlərində qızıl bölmə prinsipi ilə zəmanətli suboptimal həllərin tapılması üsullarının işlənilməsi” mövzularında yerinə yetirdikləri magistrlik dissertasiya işlərini təqdimatlar vasitəsilə iclas iştirakçılarının diqqətinə çatdırdılar. İclasda iştirak edən laboratoriya əməkdaşları, İnstitutun Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva və magistrantların elmi rəhbərləri tərəfindən hər bir iş üzrə magistrantlara suallar verildi, irad və tövsiyələr bildirildi.

Yekunda bütün magistrantların dissertasiya işlərinin magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın açıq iclasında müdafiəyə buraxılması haqqında qərar qəbul edildi.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi