AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının məruzəsi sertifikata layiq görülüb
30.05.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Puşnova Valeriya 27-28 aprel 2021-ci il tarixlərində Bakı Ali Neft Məktəbində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların 2-ci Beynəlxalq Elmi Konfransında iştirak etmişdir. Konfrans online formatda Zoom platforması üzərində keçirilmişdir.
Puşnova Valeriyanın «Possibilities of organizing the Distributed Education Information System (DEIS) model» adlı məruzəsi sertifikata layiq görülmüşdür.